Namazın həqiqəti onun birinci rükətində təcəlli edir

21 November 2024

21:37

۱,۰۸۷

Xəbərin xülasəsi :
Əslində namaz bir rükətdir, amma Allah-təala bilir ki, Onun bəndələri bu bir rükəti kamil və tam şəkildə, İlahi dərgaha yönəlməyəcək və təvəccöh ilə əncam verməyəcəklər, ona görə də o namaza daha bir rükət əlavə etdi. Allah-təala namazı iki rükət təyin etdi ki, ikinci rükət ilə namaz qılan şəxs birinci rükətində irəli gələn öz qüsur və çatışmazlığını islah etsin
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Namazın həqiqəti onun birinci rükətində təcəlli edir

“Vəsailuş-şiə” kitabının müəllifi möhtəşəm “Uyun əxbarir-Rza” (əleyhissəlam) kitabında səkkizinci imamımız həzrət Rzadan (əleyhissəlam) bir hədis nəql edir. Həzrət orada buyurur:

"قَالَ: إِنَّمَا جُعِلَ أَصْلُ الصَّلَاةِ رَكْعَتَيْنِ وَ زِيدَ عَلَى بَعْضِهَا رَكْعَةٌ وَ عَلَى بَعْضِهَا رَكْعَتَانِ وَ لَمْ يُزَدْ عَلَى بَعْضِهَا شَيْ‏ءٌ لِأَنَّ أَصْلَ الصَّلَاةِ إِنَّمَا هِيَ‏ رَكْعَةٌ وَاحِدَةٌ لِأَنَّ أَصْلَ الْعَدَدِ وَاحِدٌ فَإِذَا نَقَصَتْ مِنْ وَاحِدٍ فَلَيْسَتْ هِيَ صَلَاةً فَعَلِمَ اللَّهُ عَزَّ وَ جَلَّ أَنَّ الْعِبَادَ لَا يُؤَدُّونَ تِلْكَ الرَّكْعَةَ الْوَاحِدَةَ الَّتِي لَا صَلَاةَ أَقَلُّ مِنْهَا بِكَمَالِهَا وَ تَمَامِهَا وَ الْإِقْبَالِ عَلَيْهَا"

Əslində namaz bir rükətdir, ona görə ki, ədədin əsli bir və vahiddir, (əlbəttə, bu illət və ya hikmətin bizim bəhsimizə necə tətbiq edilməsində dəqiq tədqiqlər vardır ki, onlara başqa bir əlverişli məqamda işarə etməliyik).

Amma Allah-təala bilir ki, Onun bəndələri bu bir rükəti kamil və tam şəkildə, İlahi dərgaha yönəlməyəcək və təvəccöh ilə əncam verməyəcəklər!فَقَرَنَ إِلَيْهَا رَكْعَةً أُخْرَىOna görə də o namaza daha bir rükət əlavə etdi.”

" لِيَتِمَّ بِالثَّانِيَةِ مَا نَقَصَ مِنَ الْأُولَى فَفَرَضَ اللَّهُ عَزَّ وَ جَل‏  أَصْلَ الصَّلَاةِ رَكْعَتَيْنِ "

“Allah-təala namazı iki rükət təyin etdi ki, ikinci rükət ilə namaz qılan şəxs birinci rükətində irəli gələn öz qüsur və çatışmazlığını islah etsin.”

" ثُمَّ عَلِمَ رَسُولُ اللَّهِ ص أَنَّ الْعِبَادَ لَا يُؤَدُّونَ هَاتَيْنِ الرَّكْعَتَيْنِ بِتَمَامِ مَا أُمِرُوا بِهِ وَ كَمَالِهِ "

“Sonra Peyğəmbəri-əkrəm  (sallallahu əleyhi və alih) bildi ki, camaat bu iki rükət vasitəsilə də namazın həqiqətləri və sirlərinə yol tapa bilməyəcəklər:”

" فَضَمَّ إِلَى الظُّهْرِ وَ الْعَصْرِ وَ الْعِشَاءِ الْآخِرَةِ رَكْعَتَيْنِ رَكْعَتَيْن‏..."

“Ona görə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) də zöhr, əsr və işa namazlarına daha iki rükət əlavə etdi.”[1] Belə ki, bu mətləb bizim fiqh kitabıarımızda “fərəzən-Nəbiyy” ünvanı ilə məşhurdur. Bu əsasla, biz gərək cəhd edib çalışaq ki, namazın həmin birinci rükətində bütün fikrimizi cəmləşdirək və qəlbimizi namazda hazır edək. Ümumiyyətlə, insanın əcəlinin və ölümünün nə zaman çatacağını bilmədiyimiz üçün namaza başlamaq istərkən özümüzə deyək ki, bəlkə də ikinci rükəti qılmağa macal və fürsət olmayacaq? Xoşbəxtdir, o kəslər ki, hər bir namazları bu fikrə yaxındır! Əgər özümüzə belə bir təlqin edə bilsək və namaz qılan anda: “bu bizim son namazımızdır” – deyə, fikirləşməyə nail olsaq, namazda bizə başqa bir əhvali-ruhiyyə nəsib olacaq və şübhəsiz, namazımızı daha artıq hüzuri-qəlb ilə İlahi dərgaha təqdim edəcəyik, inşaallah!

(ardını izləyin)

[1] “Vəsailuş-şiə”, cild-4, səh. 53; “Uyun əxbarir-Rza” (əleyhissəlam), cild-2, səh. 107

 

Etiketlər :

Namazın həqiqəti onun birinci rükətində təcəlli edir