Haqq məzhəbi tanıyaq
27 November 2024
06:13
۹۸۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Haqq məzhəbi tanıyaq
İmamların on iki Bəni-İsrailin rəhbəri və həzrət İsanın (əleyhissəlam) həvariləri sayında olduğunu göstərən hədislər Peyğəmbər- əkrəmin (sallallahu əleyhi və alih) buyurduqları silsiləvi hədislər
حدثنا أبو داود قال: حدثنا حمّاد بن سلمۀ، عن سماك قال: سمعت جابر بن سمرة یقول: سمعت رسول اللّه صلّی اللّه علیه [و آله] و سلّم یقول: إنّ الإسلام لا یزال عزیزا إلی اثنی عشر خلیفۀ، ثم قال کلمۀ لم أفهمها، فقلت لأبی: ما قال رسول اللّه صلّی اللّه علیه [و آله] و سلّم؟ فقال: کلّهم من قریش.
Cabir ibn Səmurət deyir: Allah Rəsulunun (sallallahu əleyhi və alih) belə dediyini eişitdim: “İslam, yalnız 12 xəlifə olduğu müddətcə məğlubedilməz qalacaq”. Daha sonra bir söz dedi, amma başa düşmədim. Atamdan soruşdum ki, Allah Rəsulu (sallallahu əleyhi və alih) nə buyurdu? O, dedi: “Onların hamısı Qüreyşdəndir”.[1]
[1]“Müsnəd”, əl-Təyalisi, c. 3, səh.105, 767-ci hədis, “Heydərabadə Dəkkənə” mətbəəsi, 1321 h.q., “əl-Möcəmul-kəbir”, c. 2, səh. 258, 1964-cü hədis. Bu “say”ı (12 xəlifə) açıq-aydın göstərən hədislərin (bu saya aydın şəkildə işarə etməsinə asasən) Əhli-Beytin 12 İmamından (ə) başqa nümunəsi yoxdur. Çünki bu ədəd onlardan (ə) başqası ilə uyğun gəlmir. Böyük alimlərdən biri bu haqda deyir: 12 ədədini vurğulayan hədislərdə məqsədin həmin 12 İmam (ə) olmasının dəlili budur: bu hədislərlə imamətin nə az, nə çox, 12 imama məxsus olması isbat olunduqdan sonra şiələrin və həmin 12 nəfərin imamətinə inananların əqidəsi də isbat olunur, çünki müsəlmanlar iki qrupdur: biri yalnız bu sayda olan şəxslərin imamətini etibarlı hesab edən 12 imam şiələridir, digəri isə imamların bu xüsusi sayda olmasını lazım bilmirlər. Buna əsasən, müsəlmanlar arasında elə adam yoxdur ki, bu sayı lazım bilsin, amma onu 12 İmamdan (ə) başqasına aid etsin və “icma” (ümummüsəlmanlar) bunu qəbul etmir. (Bu icmaya “mürəkkəb” icma deyilir, çünki qeyd olunan iki tərəfə əsasən məlum olur ki, üçüncü tərəf yoxdur.) Bunun başqa bir dəlili isə bir sıra mütəvatir hədislərin həm bu sayı göstərməsi, həm də bu 12 xəlifənin xüsusiyyətləri, adları və ləqəbləri haqqında xəbər verməsidir, bu haqda geniş şəkildə danışacağıq.