Fatimei-Zəhranın (əleyhasəlam) fəzilətlərindən

27 November 2024

05:56

۹۴۴

Xəbərin xülasəsi :
“... Amma qızım Fatimə... Hər vaxt mehrabda Rəbbinin hüzurunda (ibadət üçün) dayansaydı, onun nuru səmanın mələkləri üçün zahir olardı, necə ki, ulduzların nuru yer əhli üçün zahir olur...
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Siddiqei-Kubra Fatimei-Zəhranın (əleyhasəlam) fəzilətlərindən

İbni Abbas uzun bir hədisdə Peyğəmbərin (sallallahu əleyhi və alih) belə buyurduğunu nəql edir:


امَّا ابْنَتِي فَاطِمَةُ ... مَتَى قَامَتْ فِي مِحْرَابِهَا بَيْنَ يَدَيْ رَبِّهَا جَلَّ جَلَالُهُ ظَهَرَ نُورُهَا لِمَلَائِكَةِ السَّمَاءِ كَمَا يَظْهَرُ نُورُ الْكَوَاكِبِ لِأَهْلِ الْأَرْضِ وَ يَقُولُ اللَّهُ عَزَّ وَ جَلَّ لِمَلَائِكَتِهِ يَا مَلَائِكَتِي انْظُرُوا إِلَى أَمَتِي فَاطِمَةَ سَيِّدَةِ إِمَائِي قَائِمَةً بَيْنَ يَدَيَّ تَرْتَعِدُ فَرَائِصُهَا مِنْ خِيفَتِي وَ قَدْ أَقْبَلَتْ بِقَلْبِهَا عَلَى عِبَادَتِي

“... Amma qızım Fatimə... Hər vaxt mehrabda Rəbbinin hüzurunda (ibadət üçün) dayansaydı, onun nuru səmanın mələkləri üçün zahir olardı, necə ki, ulduzların nuru yer əhli üçün zahir olur. Allah Öz mələklərinə buyururdu: “Ey mələklərim! Mənim kənizim Fatiməyə – kənizlərimin seyyidəsinə baxın: Mənim hüzurumda dayanmışdır, Mənim qorxumdan bədən üzvləri titrəyir, bütün qəlbi (vücudu) ilə Mənə ibadətə üz gətirmişdir.”

Mənbələr:

 “Əmali”, Şeyx Səduq, səh. 176; “Əl-fəzail”, Şazan ibni Cəbərəil, səh. 9; “Bişarətul-Mustafa ”, İmaduddin Təbəri, səh. 307; “Rovzul-cinan və rovhul-cənan fi təfsiril-Quran”, Şeyx Əbul-Futuh Razi, 4-cü cild, səh. 318; “İrşadul-qulub”, Deyləmi, 2-ci cild, səh. 295; “Ğayətul-məram”, Seyid Haşim Bəhrani, 1-ci cild, səh. 171; “Biharul-ənvar”, Əllamə Məclisi, cild: 28, səh. 38 və cild: 43, səh. 172.

İltimas dua



Etiketlər :

Siddiqei-Kubra Fatimei-Zəhranın (əleyhasəlam) fəzilətlərindən