Rəsulullahın (sallallahu əleyhi və alih) qəlbinin sevincidir

25 November 2024

08:02

۹۶۴

Xəbərin xülasəsi :
Fatiməi-Zəhra (əleyhasəlam) Rəsulullahın (sallallahu əleyhi və alih) qəlbinin sevincidir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Fatiməi-Zəhra (əleyhasəlam) Rəsulullahın (sallallahu əleyhi və alih) qəlbinin sevincidir

Həzrət imam Sadiq (əleyhissəlam) bir hədisdə həzrət Fatimənin (əleyhasəlam) fəzilətlərindən danışarkən sözünün davamında buyurur:


" وَ هِیَ الصِّدِّيقَهُ الْکُبْرَى وَ عَلَى مَعْرِفَتِهَا دَارَتِ الْقُرُونُ الْأُولَى "



“Fatiməi-Zəhra (əleyhasəlam) doğruluq və sədaqət rəmzidir və onu tanımaq mehvərində keçmiş və ilkin əsrlər dövr vurmuşdur”.[1]

Bu hədisin mənası burdur ki, həzrət Fatiməi-Zəhra (əleyhasəlam) məsumə olaraq doğruluq, sədaqət və saflıq nişanəsidir və onu tanımaq və şəxsiyyətini dərk etmək bütün peyğəmbərlərin və onların ümmətlərinin qarşısında İlahi bir vəzifə olmuşdur. Hər bir zamanın səadətli və ya bədbəxt olma nişanəsi, hzərət Fatiməi-Zəhranı (əleyhasəlam) tanıyıb, dərk etməsindən asılıdır. Həzrət Fatiməi-Zəhranı (əleyhasəlam) tanıyıb dərk etməyin müxtəlif mənaları və mərhələləri vardır, o cümlədən:


1- Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) adı, ləqəbləri, nəsil və nəcabətini tanımaq;

2- O həzrətin fəzilətlərini və kamillik sifətləri və xüsusiyyətlərini tanımaq;

3- O həzrətin İlahi hüccət olmasını dərk etmək;

4- Həzrətin nuriyyə və mələkuti şəxsiyyətini tanımaq.


Əgər “darə” felinin “harə” mənasına gəlməsini nəzərə alsaq mümkündür deyək ki, hədisin mənası belə ola bilər ki, həzrət Fatiməi-Zəhranı (əleyhasəlam) tanımaq və onun şəxsiyyətini dərk etmək ilkin əsrlərdən indiyə qədər bütün insanların arzusu olmuş və ona nail olmaq heç kəsə müyəssər olmamışdır.


İltimas dua!


[1] «Biharul-ənvar” cild, 43, səh. 105; “Fatimətu behcəti qəlbi Mustəfa (s)”, səh. 120


Etiketlər :

Fatiməi-Zəhra (əleyhasəlam) Rəsulullahın (sallallahu əleyhi və alih) qəlbinin sevincidir