Həzrət İmam Hadi əleyhissəlamın şəhadəti
24 November 2024
03:06
۱,۰۴۷
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillahir-Rahmənir-Rahim
Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti
Hicri-qəməri ili rəcəb ayının 3-ü, miladi tarixi mart ayının 10-u məşhur nəzərə əsasən, Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti günüdür. Bu böyük əza gününü o Həzrətin əziz nəvəsi Həzrət Sahib əz-Zaman əleyhissəlama təsəlli deyir və Əhli-Beyt əleyhimussəlamın həqiqi şiələrinə, eləcə də bütn haqq sevər insanlara başsağlığı veririk.
Burada həzrət Hadi əleyhissəlamdan yadigar qalmış "Camiəi-Kəbirə" ziyarətnaməsindən bir fəqərəni sizə təqdim edirik:
يَا اَهلَ بَيتِ النُّبُوَّةِ [Ya Əhlə bəytin-nubuvvəh]
Rəvayətdə buyurulur ki, «sədəqə Muhəmməd və Ali-Muhəmməd (səlləllahu əleyhi və alih)-ə haramdır.»[1]
«Məanil-əxbar» kitabında nəql edilir ki, həzrət imam Sadiq əleyhissalamdan: «Ali-Peyğəmbər, Peyğəmbərin Əhli-beyti, Peyğəmbərin itrəti və Peyğəmbərin ümməti kimlərdir?»-sual olunduqda, həzrət buyurdu: «Ali-Muhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbərin övladları, Peyğəmbərin Əhli-beyti mə`sum imamlar əleyhimussalam, Peyğəmbərin itrəti «Əshabi-əba»[2], Peyğəmbərin ümməti isə mö`minlərdir.»[3]
Bə`zi fəzilət və kamal
sahibləri Ali-Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kimlər olduğunu müəyyən
etmək üçün təhqiq etmişlər. Bu təhqiqin xülasəsi belədir:
Ali-Peyğəmbər, Peyğəmbərə mənsub edilə bilən iki qrupun üzvlərinə deyilir. Birinci qrupun üzvləri, irq (nəsəb), bədən və görünüş cəhətindən Peyğəmbərə mənsub edilən şəxslərdən ibarətdir. Peyğəmbərin övladları və o həzrətə itaət edən yaxın qohum-əqrəbası bu qrupa daxildirlər. İslam dinində bu kimi şəxslərə sədəqə vermək haramdır.
İkinci qrup isə, mə`nəvi və ruhi cəhətdən həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə mənsub edilən kəslərdir. Bunlar isə, imanda sabitqədəm olan övliyalar, elm nurunu «Xatəmul-ənbiyanın» şö`lələnən parlaq çırağından əldə edən, kamala çatmış, ilahi hikmət və elm sahibləri sayılan həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in mə`nəvi övladlarıdır.
Şübhəsiz ki, ikinci qrupa üzv olmaq, birinci qrupa mənsub edilməkdən daha mühümdür.
[1] Mərhum Əllamə Məclisi «Əhli-beyt və Ali» kəlmələrinin mə`nasını izah edərkən, bu hədisin məzmununu «Üyunu əxbarir-Riza» kitabından nəql etmişdir. «Biharul-ənvar», 25-ci cild, 6-cı fəsil, səh. 221, hədis-20.
[2] Burada «Hədisi-Kisa1»ya işarə olunaraq, beş müqəddəs şəxs–həzrət Mühəmməd, imam Əli, xanım Fatimeyi-Zəhra, imam Həsən və imam Hüseyn əleyhimussalam–nəzərdə tutulur. «Kisa»–üst geyimi olan əbaya deyilir. «Hədisi-Kisa», həzrət Peyğəmbərin Fatimeyi-Zəhra əleyha salama Əhli-beyt haqqında söylədiyi mö`təbər bir hədisdir. Bu hədisi «İrşadul-qulub» kitabının müəllifi Deyləmi «Ğurərul-əхbar» kitabında və Şeyх Tureyhi «Əl-Muntəхəb» kitabında həzrət Zəhra əleyha salamdan rəvayət etmişlər.
[3] «Məanil-əxbar», Şeyx Səduq, səh. 94, «Al, əhl, itrət və ümmət kəlmələrinin mə`nası» fəsli, 3-cü hədis.