Həzrət Xədicəi-Kubranın (əleyhasəlam) vəfatı
23 November 2024
23:03
۹۶۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Xədicəi-Kubranın (əleyhasəlam) vəfatı
Hicri qəməri 1440-cı il ramazan ayının 10-u, miladi 2019-cu il may ayının 16-sı həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) sevimli həyat yoldaşı, xanım Xədicəi-Kubranın (əleyhasəlam) vəfatının ildönümüdür.
Xanım Fatiməi-Zəhranın istəkli anası həzrət Xədicə (əleyhasəlam) Peyəmbər-əkrəmin (sallallahu əleyhi və alih) həyatının ən çətin dövründə yaşamış və vəsfedilməz fədakarlıqları ilə Peyğəmbərin həmdəmi və o Həzrətin ağır günlərinə şərik olmuşdur. Həzrət Xədicənin (əleyhasəlam) maddi baxımdan Məkkə şəhərinin ən imkanlı şəxslərindən olması səbəbinə cahiliyyət dövründə müşriklərin Peyğəmbərə qarşı ən sərt və dözülməz təzyiqlərinin dəf edilməsində bu əzəmətli qadının son dərəcə böyük rolu olmuşdur.
Tarix yazanlar qeyd etmişlər ki, müşriklərin Haşimi tayfasını iqtisadi mühasirəyə almaqla onları təslim olmağa məcbur etdikləri dözülməz çətin illərdə məhz bu şəxsiyyətin maddi imkanları Peyğəmbər tayfasının köməyinə çatmış və onların böyük təzyiqlərə qarşı davam gətirməsinə səbəb olmuşdur.
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) islamın qələbəsindən sonra bu şərəfli xanımı daimən yada salmış və onun xatirəsini əzizləmişdir. Həzrət Xədicə (əleyhasəlam) xanım Zəhranın (əleyhasəlam) anası olduğu baxımdan həqiqətdə on bir məsum imamın anası, bəzən də həzrət Əlini (əleyhissəlam) öz evində saxlayıb tərbiyə etməsi nəzərdən bu uca məqamlı qadını on iki məsum imamın anası kimi də tanıyırlar. Bir sözlə həzrət Xədicəi-Kubranın (əleyhasəlam) Rəsuləllah (sallallahu əleyhi və alih) və Əhli-Beyt (əleyhimussəlam) ilə bağlılığı və İslam dininin nailiyyətlərində olan böyük fədakarlıqları səbəbinə bu şərəfli qadını “Ümmətin anası” adlandırmaq doğrudur.
Ona görə də bu böyük müsibət munasibəti ilə ilk növbədə həzrət Sahib əz-Zamana (əleyhissəlam) sonra isə bütün mömin bacı və qardaşlara təsəlli deyir və Əhli-beytin (əleyhimussəlam) kədər və qəminə şərik oluruq.
İltimas dua!