Həzrət imam Sadiq əleyhissəlamın şəhadəti
06 July 2024
03:53
۱,۴۹۹
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Sadiq əleyhissəlamın şəhadəti
Hicri-qəməri 1440-cı il şəvval ayının 25-i, miladi 2019-cu il iyun ayının 29-u imamət və xilafət səmasının parlaq ulduzu Peyğəmbər (sallallahu əleyhi və alih) canişinlərinin altıncısı həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın şəhadət günüdür. Bu əzəmətli müsibəti ilk növbədə zamanın imamı həzrət Bəqiyyətillah, Hüccət ibn Həsənə (əccəlallahu əleyhi və alih) təsəlli deyir və həmçinin bütün möminlərə başsağlığı veririk. Ümid edirik əziz möminlər Əhli-Beytin (əleyhimussəlam) təlim və tərbiyə məktəbindən kifayət qədər bəhrələnərək Allah-taalanın dərgahında layiqli ibadətlərə nail olsunlar, İnşa Allah!
İltimas dua!