Həzrət imam Rza əleyhissəlamın təvəllüdü
25 November 2024
16:18
۱,۰۳۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Rza əleyhissəlamın təvəllüdü
Hicri qəməri 1440-cı il zil-qədə ayının 11-i, miladi 2019-cu il iyul ayının 14-ü imamət səmasının səkkizinci parlaq ulduzu həzrət Əbul-Həsən Əli ibn Musa Riza əleyhissəlamın təvəllüd günüdür. Bu xoş və sevindirici günün münasibəti ilə həzrət Məhdi Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) təbrik deyir və bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə gözaydınlığı veririk.
Həzrət imam Rza əleyhissəlamın nurəfşan kəlamlarından
لا يَتِمُّ عَقْلُ امْرِء مُسْلِم حَتّى تَكُونَ فيهِ عَشْرُ خِصال: أَلْخَيْرُ مِنْهُ مَأمُولٌ. وَ الشَّرُّ مِنْهُ مَأْمُونٌ. يَسْتَكْثِرُ قَليلَ الْخَيْرِ مِنْ غَيْرِهِ، وَ يَسْتَقِلُّ كَثيرَ الْخَيْرِ مِنْ نَفْسِهِ. لا يَسْأَمُ مِنْ طَلَبِ الْحَوائِجِ إِلَيْهِ، وَ لا يَمَلُّ مِنْ طَلَبِ الْعِلْمِ طُولَ دَهْرِهِ. أَلْفَقْرُ فِى اللّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْغِنى. وَ الذُّلُّ فىِ اللّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْعِزِّ فى عَدُوِّهِ. وَ الْخُمُولُ أَشْهى إِلَيْهِ مِنَ الشُّهْرَةِ. ثُمَّ قالَ(عليه السلام): أَلْعاشِرَةُ وَ مَا الْعاشِرَةُ؟ قيلَ لَهُ: ما هِىَ؟ قالَ(عليه السلام): لا يَرى أَحَدًا إِلاّ قالَ: هُوَ خَيْرٌ مِنّى وَ أَتْقى
Həzrət Rza əleyhissəlam buyurur:
Müsəlman şəxsi tam aqil adlandırmaq, yalnız bu on xislət və xüsusiyyətə nail olduqdan sonra doğrudur: 1-Onun xeyir əməlinə ümid edəsən; 2-Pis əməlindən amanda qalasan; 3-Digərinin yaxşı əməlini, hərçənd az da olsa, çox saysın; 4-Öz xeyir əməlini çox olsa belə, az saysın; 5-Ondan çox hacət istədikdə, sıxıntı və narahatlıq keçirməsin; 6-Həyatı boyu elm kəsb etməkdən yorulmasın; 7-Allah yolunda fəqirlik və kasıblığı üstün tutsun; 8-Allaha xatir zəlil olmağı, düşmən qarşısında əziz və qalib olmaqdan uca sansın; 9-Adının və ehtiramının gizli qalmasını gözə görsənib dilə düşməkdən üstün tutsun; 10-Heç bir şəxsi özündən aşağı və kiçik sanmasın və hamını üstün tanısın.
İltimas dua!