Həzrət imam Əli ibn Muhəmməd əleyhiməssəlamın dövrünün xəlifələri ilə rəftarı
26 November 2024
19:00
۶۶۲
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
İmam Əli ibn Muhəmməd əleyhiməssəlamın dövrünün xəlifələri ilə rəftarıTarix alimi Məsudi yazır:
Mütəvəkkilin məmurları İmam Əliyyən-Nəqinin (əleyhissəlam) evinə tökülüb,
axtarışdan bir şey tapmadıqlarını Mütəvəkkilə xəbər verdilər. O, məclisdə şərab
içib məst olmuşdu. Göstəriş verir ki, İmamı öz evindən onun yanına gətirsinlər.
Həzrəti gətirirlər. O, İmama (əleyhissəlam) ehtiram göstərib yanında otuzdurur,
ona şərab camını təklif edir. Həzrət buyurur: Şərab, heç vaxt mənim canıma və ətimə
daxil olmayıb. Məni üzürlü hesab et. Mütəvəkkil dedi: Mənə şer oxu! Həzrət
buyurdu: Mənim şerlə o qədər də ünsiyyətim yoxdur. O israr edir. Həzrət bu məzmunda
şer buyurur:
"Bir müddət uca qəsrlərdə
yaşadılar, onların qorunması özlərinin əsgərlərinin boynunda idi. Lakin, uca
qüllələr, onlara fayda vermədi. Azad və izzətlə yaşadıqları qalalardan endilər,
qəbir çökəkliklərində məskun oldular. Necə də pis yerə düşdülər. Nida edən,
onların dəfnindən sonra car çəkdi: Onların tacları və zinətləri və qol bağları
hara getdi? Gülər üzlər necə oldu? Unuduldular və itdilər. Bu vaxt qəbirdən bir
səs ucalır: O üzlər qurd-quşlara yem oldular. Çox günləri yeyib-içdilər.
Halbuki, günlərin birində özləri yeyilmiş olub, xırdalandılar.