Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məbəs bayramı

26 November 2024

18:00

۶۹۲

Xəbərin xülasəsi :
Hicri qəməri 1441-ci il rəcəb ayının 27-si, miladi 2020-ci il mart ayının 22-i bəşər tarixinin ən böyük və təsirli hadisələrindən biri, həzrət Peyğəmbər-Əkrəm Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyinin insanlara elan edilməsi, “məbəs” bayramı günüdür
 

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məbəs bayramı 


Hicri qəməri 1441-ci il rəcəb ayının 27-si, miladi 2020-ci il mart ayının 22-i bəşər tarixinin ən böyük və təsirli hadisələrindən biri, həzrət Peyğəmbər-Əkrəm Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyinin insanlara elan edilməsi, “məbəs” bayramı günüdür. Məhz bu elandan sonra həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) insanları Quranın və İslam şəriətinin göstərişlərinə əməl etməyə çağırmış və yer üzərində Allah-taalanın sonuncu dininin qanunlarının bərpa edilməsi ilə bəşəriyyətə müjdə vermişdir. Sevinc və şadlıqla yad edilən bu əzəmətli gündə bütün müsəlmanları, xüsusən əziz Peyğəmbərimizin (sallallahu əleyhi və alih) və onun sevimli Əhli-Beytinin (əleyhimussəlam) göstərişləri əsasında İslamı öz yaşayışlarında uca və şərəfli tutan mömin bacı və qardaşları ürəkdən təbrik edirik.
Etiketlər :

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məbəs bayramı günüdür