Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü

24 November 2024

09:23

۷۶۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 1441-ci il Şəban ayının 4-ü, miladi 2020-ci il martın 29-u həzrət imam Huseynin (əleyhissəlam) Kərbəla vaqiəsində döyüşçülərinin sərkərdəsi və ələmdari olan həzrət Qəməri Bəni Haşim Əbul-Fəzlil Abbas əleyhissəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü

Hicri-qəməri 1441-ci il Şəban ayının 4-ü, miladi 2020-ci il martın 29-u həzrət imam Huseynin (əleyhissəlam) Kərbəla vaqiəsində döyüşçülərinin sərkərdəsi və ələmdari olan həzrət Qəməri Bəni Haşim Əbul-Fəzlil Abbas əleyhissəlamın təvəllüd günüdür.[1] Bu gözəl və sevindirici gün ilə əlaqədar öncə Allah-təalanın yer üzərindəki sonuncu hüccəti həzrət Sahib Zamana (əccələllahu təala fərəcəhuş-şərif), eləcə də mömin bacı və qardaşlara təbrik deyirik. Arzu edirik bütün müsəlmanlar bu günün mövludu kimi dini və ictimai həyatlarında həmişə Allah-təalaya, Qurani-kərimə və müqəddəs din rəhbərlərinə itaətkar və vəfalı olsunlar və İlahi əmrlərin yerinə yetirilməsini hər bir şəxsi əməldən üstün və irəli bilsinlər.

[1] “Xəsaisul-Əbbasiyyə”; səh.66; Qəməri Bəni Haşim (əleyhimussəlam) (Muqərrəm), səh. 18



Etiketlər :

Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü