Şəban ayi ruzi və bərəkət ayıdır

26 November 2024

17:01

۷۱۹

Xəbərin xülasəsi :
Həzrət Peyğəmbər buyurur: “Mənim ayım olan şəban ayı şərafətli bir aydır. “Ərş”in daşıyıcıları onun hörmətini saxlayıb həqqini tanıyırdılar. Bu elə bir aydır ki, Ramazan ayına görə möminlərin ruzisi artırılar və Behiştə zinət verilər
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Şəban ayi ruzi və bərəkət ayıdır

Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, əshabı Həzrətin qarşısında Şəban ayının fəzilətlərini xatırlatdılar ki, Həzrət buyurdu:

“Mənim ayım olan şəban ayı şərafətli bir aydır. “Ərş”in daşıyıcıları onun hörmətini saxlayıb həqqini  tanıyırdılar. Bu elə bir aydır ki, Ramazan ayına görə möminlərin ruzisi artırılar və Behiştə zinət verilər.

Şəban ayı şəban adlandırılıb ona görə ki, möminlərin ruzisi  bu ayda növ-növ və şöbə-şöbə olar. Bu elə bir aydır ki, hər bir yaxşı əməl bu ayda yetmiş bərabər hesablanar. Pisliklər bu ayda məhv olar, günahlar bağışlanar və yaxşı əməllər qəbul edilər. Cabbar Allah bu ayda öz bəndələri ilə fəxr edir. Oruc tutan və gecəni sübhə kimi ibadət edənlərə rəhmət nəzərini şamil edər. Beləliklə, onlara görə “ərşi” həml edənlərə də iftixar edər”.

Mənbə:

“Biharul-ənvar”, cild- 94, səh. 69.



Etiketlər :

Şəban ayi ruzi və bərəkət ayıdır