Şəban ayının son günlərinin əməlləri

26 November 2024

17:00

۷۱۸

Xəbərin xülasəsi :
“İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla!”
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Şəban ayının son günlərinin əməlləri

Həzrət imam Rzadan (əleyhissəlam) nəql edilmişdir ki, hər kəs şəban ayının axırından üç gün oruc tutub Ramazan ayına birləşdirərsə, Allah taala iki ayın orucunun savabını ona yazar. Əbussəlt Hərəsi rəvayət etmişdir ki, şəban ayının axırıncı gecəsi imamın hüzuruna getdim. Həzrət buyurdu:

“Ey Əbussəlt, şəban ayının çox hissəsi keçdi və bu axırıncı cümə günüdür. Bu ayın keçmiş günlərində etdiyin təqsirlərdən bu ayın qalan günləri ərzində bağışlanmağını istə və çoxlu Quran oxu. Ayın axırında Allaha görə xalislərdən olasan deyə öz günahlarından tövbə et. Üzərində olan bütün haqları və əmanətləri ödə. Qəlbində olan kin-küdurəti çıxar. Bütün etdiyin günahları tərk et. Allahdan həya et və öz işlərinin gizli və aşkar məqamlarında Allaha təvəkkül et.


Allaha hər kəs təvəkkül edərsə, Allah taala ona kifayət edər. Bu ayın qalan vaxtında bu duanı çox oxu:

اللَّهُمَّ إِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنَا فِيمَا مَضَى مِنْ شَعْبَانَ فَاغْفِرْ لَنَا فِيمَا بَقِيَ مِنْهُ

İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla!

Həqiqətən Allah, bu gecədə Ramazan ayının hörmətinə görə, bir çox bəndələri cəhənnəm alovundan qurtaracaq.


Mənbə: "Məfatihul-cinan", Şəban ayının son günlərinin əməlləri



Etiketlər :

Şəban ayının son günlərinin əməlləri