Bismilləhir-Rahmənir-Rahim
Mübarək Ramazan ayının gəlişi
Hicri qəməri 1441 ci il ramazan ayının 1-i, miladi 2020-ci il aprelin 25-i ibadət aylarının ən yüksəyi Allah taalanın Özünə nisbət verdiyi Allah ayı-ramazan ayının 1-dir. Bu gözəl və əzəmətli ayın gəlişini bütün müsəlmanlara xüsusən Quran və Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə səmimi təbrik deyir və bu ayda sizlərə ən gözəl bəndəçilik arzulayırıq.
Qur ani-kərim buyurur:
"شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآَنُ هُدًى لِلنَّاسِ
وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ
فَلْيَصُمْهُ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ
أُخَرَ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ
وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ
وَلَعَلَّكُمْ تَشْكُرُونَ"
“İnsanlara doğru yol göstərən,
bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran (Quran) Ramazan ayında nazil
edilmişdir. Ramazan ayına yetişən şəxslər (bu ayı) oruc tutsunlar; xəstə və ya
səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar.
Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günləri orucunu
tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Allaha təkbir deməklə təzim və
şükür edəsiniz.”
Ramazan ayı, aləmlərin Rəbbinin ayı və ən yaxşı aydır.
Səmanın, cənnətin və ilahi rəhmətin qapılarının açıldığı bir aydır. Cəhənnəm isə
qapıları bağlanır. Bu ayda elə bir gecə var ki, o gecədə ibadət etmək min gecənin
ibadətindən üstündür. Öz gecə-gündüzünüzü
necə keçirməyiniz barədə düşünün və öz bədən üzvlərinizi Allahın günahlarından
necə qorumağınız haqda fikirləşin. Məbada,
gecələri yuxuda və gündüzləri
Allahdan qəflətdə olasan. Rəvayət edilmişdir ki, Ramazan ayının hər gününün
axırında iftar vaxtı Allah taala bir milyon insanı cəhənnəm odundan azad edir.
Cümə axşamı və cümə günü hər saatda bir milyon adamı –əzab çəkməyə məhkum olmuşları– cəhənnəm odundan azad edir.
Bu ayın axırıncı gecəsi və gündüzü, bütün ayda azad etdiyi qədər Allah
taala cəhənnəm odundan insanı azad edər. Beləsə, ey əziz bəndə, məbada bu ay qurtarsın sənin günahların hələdə
bağışlanmasın və oruc tutanlar öz müzdlərini alanda sən
əliboş qalasan. Bu ayın gecə və gündüzlərində Quran oxumaqla, həmçinin namaz
qılıb daha çox ibadət etməklə və xüsusilə, namazları fəzilət vaxtlarında
qılaraq çoxlu dua edib istiğfar etməklə Allah taalaya yaxınlaşın!