Ramazan ayı bütün yaxşılıqlara çatmaq yoludur
26 November 2024
15:26
۶۸۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Həzrət imam Sadiq əleyhissəlam buyurur:
«إن هذا الشهر المبارك الذي أنزلت فيه القرآن و جعلته هُدىً لِلنَّاسِ وَ بَيِّناتٍ مِنَ الْهُدى وَ الْفُرْقانِ قد حضر.»
Bu ayın ən əhəmiyyətli və ən böyük vəsfi «انزل فيه القرآن» -dır. Quranın həqiqəti ilə hər kəsin ünsiyyəti çox olsa, bu ziyafətdə daha çox olacaq və hər kəs Qurandan uzaq olsa, bu ziyafətin ləzzətini dadmayacaq.
Sonra Həzrət buyurur: «فسلّمنا فيه». Bu mübarək ayda bizə sağlamlıq əta et.
Ardınca buyurur: «سلمه لنا». Bu ayı bizim üçün salamat saxla, yəni bu ziyafəti pozan bir iş etməyək və bu ayı qoruya bilək.
Daha sonra buyurur: «و سلمه منا في يسر منك و عافية».
Beləliklə, ramazan ayında Allah-taaladan sağlam olmağımızı istəyək, Allahdan istəyək ramazan ayını bizim üçün salamat etsin və bu ziyafət ayını Allah-taalaya sağlam təhvil verək. Kim bu ayı Allaha sağlam təhvil verir? O kəs ki, bu ramazan ayında hər bir an daha çox nuraniyyət hiss edir. Xüsusiyyətlərini ərz edəcəm inşa Allah.