Həzrət İmam Həsən Müctəbanın təvəllüdü

24 November 2024

00:37

۷۶۱

Xəbərin xülasəsi :
Hicri qəməri 1441-ci il Ramazan ayının 15-i, miladi 2020-ci il may ayının 9-u həzrət İmam Həsən Muctəba əleyhissəlamın təvəllüd günüdür. Bu şad və sevimli günün münasibəti ilə ilk növbədə zamanımızın hüccəti və imamı həzrət Sahib Zamana (əccələllahu taala fərəcəhuş-şərif), sonra da bütün Əhli-Beyt (əleyhimussəlam) aşiqləri və tərəfdarlarına təbrik deyir əziz mömin bacı-qardaşların namaz, oruc və digər ibadətlərinin qəbul olunmasını diləyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim


Həzrət İmam Həsən Müctəbanın təvəllüdü


Hicri qəməri 1441-ci il Ramazan ayının 15-i, miladi 2020-ci il may ayının 9-u həzrət İmam Həsən Muctəba əleyhissəlamın təvəllüd günüdür. Bu şad və sevimli günün münasibəti ilə ilk növbədə zamanımızın hüccəti və imamı həzrət Sahib Zamana (əccələllahu taala fərəcəhuş-şərif), sonra da bütün Əhli-Beyt (əleyhimussəlam) aşiqləri və tərəfdarlarına təbrik deyir əziz mömin bacı-qardaşların namaz, oruc və digər ibadətlərinin qəbul olunmasını diləyirik.


Həzrət imam Həsən Muctəbanın gövhərbar kəlamlarından

هَلاک النّاسِ فِی ثَلاث: الکبْرُ وَ الحِرْصُ وَ الْحَسَدُ، فَالکبْرُ هَلاک الدینِ وَ بِهِ لُعِنَ إِبْلیسُ وَ الحِرْصُ عَدُوُّ النَفْسِ وَ بِهِ أُخْرِجَ آدَمُ مِنَ الجَنَّةِ وَ الحَسَدُ رائِدُ السُوءِ وَ مِنْهُ قَتَلَ قابیلُ هابیلَ

Həzrət imam Həsən Muctəba (əleyhissəlam) buyurur:

Üç məsələ insanları həlak edər: Təkəbbür, hərislik, həsəd və paxıllıq.

1-Təkəbbür və özünü böyük tutmaq insanın dinini aparar, necə ki, şeytan özünü böyük tutmaqla öz dinini məhv etdi və nifrətəlayiq oldu.

2-Hərislik və tamah hər bir insanın şəxsiyyətinin düşmənidir, necə ki, Adəm Əbul-bəşər tamah səbəbinə Beheştdən qovuldu.

3-Həsəd (başqalarından nemətlərin uzaqlaşmasını arzu etmək) və paxıllıq qaragünlüyə və bədbəxtliyə bais olar, həsəd səbəbinə Qabil qardaşı Habili qətlə yetirdi.


Mənbə: Biharul-ənvar, cild-75, səh. 111, Tuhəful-uqul, səh. 236


Etiketlər :

Həzrət İmam Həsən Müctəbanın təvəllüdü