Ramazan ayının on doqquzuncu gecəsinin fəziləti
26 November 2024
12:08
۶۵۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının on doqquzuncu gecəsinin fəziləti
Ramazan ayının on doqquzuncu gecəsi son dərəcə böyük fəzilətli Qədr gecələrinin birincisidir. Möhtəşəm "Məfatihul-cinan" kitabında qeyd edilir ki, Qədr gecəsi elə bir gecədir ki, bütün il boyu heç bir gecə onun fəziləti və yaxşılığına çata bilməz. O gecədə (yaxşı) əməl yerinə yetirmək min ayın yaxşı əməlindən üstündür. O gecədə bir ilin işləri müəyyənləşir. Mələklər ən böyük mələk Ruhla (həzrət Cəbrailla) birlikdə Allahın izni ilə yerə enirlər və İmam Zamanın (əleyhissəlam) xidmətinə gedirlər. Hər bir şəxs müəyyən olmuş işləri imama həvalə edirlər. Qədr gecələrinin əməlləri iki hissəyə bölünmüşlər. Birincisi, hər üç gecədə yerinə yetirilən əməllər, ikincisi, hər gecəyə məxsus olan əməllər.
Birinci: Hər üç gecədə olan əməllər
Bu əməllər bir necə hissədən ibarətdir:
3. Quranı açıb qarşınızda tutub deyin:
Əllahummə inni əs`əlukə bikitabikəl munzəli və ma fih, və fihismukəl əkbəru və əsmaukəl husna, və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə minən nar.
(tərcüməsi: İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük və ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, cəhənnəm əzabından xilas etdiyin kəslərdən olam.)
Sonra öz hacətlərini istə.
4. Quranı götürüb başınıza qoyub deyin:
Əllahummə bihəqqi hazəl Qur`an, və bihəqqi mə ərsəltəhu bih, və bihəqqi kulli mu`minin mədəhtəhu fih, və bihəqqikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə mink.
(İlahi, Sənə and verirəm bu Quranın haqqını, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqını, Quranda təriflədiyin bütün möminlərin haqqını və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqını!)
Sonra on dəfə de:
On dəfə de: Bi Muhəmmədin (Həzrət Məhəmmədə (s) xatir)
On dəfə de:
On dəfə de:
On dəfə de:
On dəfə de:
On dəfə de:
On dəfə de:
On dəfə de:
On dəfə de:
On dəfə de:
On dəfə de:
On dəfə de: Bi Əliyyibni Muhəmmədin (Həzrət Əli ibn Məhəmmədə (ə) xatir)
On dəfə de: Bil Həsənibni Əliyyin (Həzrət Həsən ibn Əliyə (ə) xatir)
On dəfə de: Bil Huccəti (Həzrət Höccətə Sahibəz-Zamana (ə) xatir)
Sonra öz hacətlərini istəyirsən
5. İmam Hüseyni (ə) ziyarət etmək. Hədisdə belə deyilir; Qədr gecəsi yetişdikdə yeddinci səmadan carçı qışqırır ki, Allah taala hər kim İmam Hüseyni (ə) ziyarətinə gəlib onların günahlarını bağışlayar.
6. Bu gecələri ehya saxlamaq (oyaq qalmaq). Nəql olunur ki, hər kim Qədr gecələrini ehya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar.