Ramazan ayının iyirmi birinci gecəsinin əməlləri

26 November 2024

12:15

۶۸۷

Xəbərin xülasəsi :
Mübarək Ramazan ayının iyirmi birinci günündə on doqquzuncu gecədə qeyd edildiyi kimi bir sıra əməllər, o cümlədən, qüsl etmək, iki rükət namaz qılmaq və sonda yetmiş dəfə “əstəğfurullahi və ətubu ileyh” zikrini demək, Qurani-kərimi başı üzərinə tutub Allah-taalanın dərgahına dua edib Əhli-beytin (əleyhimussəlam) vasitəçiliyi ilə təvəssül etmək, həzrət imam Huseynin (əleyhissəlam) ziyarəti, gecəni ehya etmək, “Covşan kəbir” duasını oxumaq və s. müstəhəbdir. Bundan əlavə iyirmi birinci gecənin xüsusi əməlləri olaraq bəzi duaların oxunmasına da çox təkid edilmişdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Qədr gecəsi: Ramazan ayının iyirmi birinci gecəsinin əməlləri

Mübarək Ramazan ayının iyirmi birinci günündə on doqquzuncu gecədə qeyd edildiyi kimi bir sıra əməllər, o cümlədən, qüsl etmək, iki rükət namaz qılmaq və sonda yetmiş dəfə “əstəğfurullahi və ətubu ileyh” zikrini demək, Qurani-kərimi başı üzərinə tutub Allah-taalanın dərgahına dua edib Əhli-beytin (əleyhimussəlam) vasitəçiliyi ilə təvəssül etmək, həzrət imam Huseynin (əleyhissəlam) ziyarəti, gecəni ehya etmək, “Covşan kəbir” duasını oxumaq və s. müstəhəbdir. Bundan əlavə iyirmi birinci gecənin xüsusi əməlləri olaraq bəzi duaların oxunmasına da çox təkid edilmişdir.

Bu dualardan biri də müsnəd hədislə “Kafi”də, “Muqnəə”də və mürsəl hədislə “Misbah”da nəql olunmuşdur ki, birinci gecədə (yəni axırıncı onluğun ilk gecəsində, 21-ci gecədə) deyirsən:

يَا مُولِجَ اللَّيْلِ فِي النَّهَارِ وَ مُولِجَ النَّهَارِ فِي اللَّيْلِ وَ مُخْرِجَ الْحَيِّ مِنَ الْمَيِّتِ وَ مُخْرِجَ الْمَيِّتِ مِنَ الْحَيِّ يَا رَازِقَ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ يَا اللَّهُ يَا رَحْمَانُ يَا اللَّهُ يَا رَحِيمُ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ لَكَ الْأَسْمَاءُ الْحُسْنَى وَ الْأَمْثَالُ الْعُلْيَا وَ الْكِبْرِيَاءُ وَ الْآلاءُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ اسْمِي فِي هَذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاءِ وَ رُوحِي مَعَ الشُّهَدَاءِ وَ إِحْسَانِي فِي عِلِّيِّينَ وَ إِسَاءَتِي مَغْفُورَةً وَ أَنْ تَهَبَ لِي يَقِينا تُبَاشِرُ بِهِ قَلْبِي وَ إِيمَانا يُذْهِبُ الشَّكَّ عَنِّي وَ تُرْضِيَنِي بِمَا قَسَمْتَ لِي وَ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّارِ الْحَرِيقِ وَ ارْزُقْنِي فِيهَا ذِكْرَكَ وَ شُكْرَكَ وَ الرَّغْبَةَ إِلَيْكَ وَ الْاِنَّابَةَ وَ التَّوْفِيقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ عَلَيْهِ وَ عَلَيْهِمُ السَّلامُ

Ya mulicəl ləyli fin nə­har, və mulicən nəhari fil ləyl, və muxricəl həyyi mi­nəl məyyit, və muxricəl məy­yi­ti minəl həyy, ya raziqə mən yəşau biğəyri hisab, ya Əllahu ya rəhman, ya Əllahu ya rəhim, ya Əllahu ya Əl­la­hu ya Əllah, ləkəl əsmaul husna vəl əmsalul ulya, vəl kibriyau vəl ula, əs`ə­lukə ən tusəlliyə əla Muhəm­mədin və ali Muhəmməd, və ən təc`­ələsmi fi hazihil ləyləti fis suəda, və ruhi məəş şu­hə­da, və ihsani fi illiy­yinə və isaəti məğfurəh, və ən təhəbə li yəqinən tuba­şiru bihi qəlbi, və imanən yuzhibuş şəkkə ənni, və tur­ziyəni bima qəsəmtə li, və atina fid dunya həsənətən və fil axirəti həsənəh, və qina əzabən naril həriq, vərzuqni fiha zikrəkə və şukrək, vər rəğbətə iləykə vəl inabətə vət təvfiq, lima vəffəqtə ləhu Mu­həm­mədən və alə Muhəmməd, ələyhi və ələyhimus səlam.

Ey gecəni gündüzə, gündüzü də gecəyə daxil edən, dirini ölüdən, ölünü də diridən çıxaran! Ey istədiyinə saysız-hesabsız ruzi verirsən! Ey Allah, ey bağışlayan! Ey Allah, ey mehriban! Ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur. Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərəsən, bu gecə adımı (əbədi) səadətə çatanlar və ruhumu şəhidlər sırasında, ehsanımı “İlliyyin”də və günahlarımı bağışlanmış qeyd edəsən. Mənə qəlbimlə birbaşa rabitədə olan yəqin (dərəcəsi), şəkki aradan qaldıran iman əta edəsən və məni qismət etdiklərinə razı salasan. Bizə dünya və axirətdə yaxşılıq əta edəsən, bizi cəhənnəmin yandırıcı əzabından saxlayasan, bu gecə məni zikrinə, şükrünü yerinə yetirməyə, Sənə rəğbətli olmağa, tövbəyə, Məhəmməd və Məhəmmədin Əhli-beytinə əta etdiyin müvəffəqiyyətə nail edəsən!

Iltimas dua!


Etiketlər :

Qədr gecəsi