Qədr gecəsi

26 November 2024

12:22

۶۸۰

Xəbərin xülasəsi :
Ramazan ayının iyirmi üçüncü gecəsi olduqca böyük fəzilətə malikdir, bu gecədə on doqquzuncu gecədə qeyd edilən müştərək əməllərdən əlavə bəzi duaların xüsusi olaraq oxunuşuna təkid edilmişdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Qədr gecəsi: 

Ramazan ayının iyirmi üçüncü gecəsinin əməlləri

Ramazan ayının iyirmi üçüncü gecəsi olduqca böyük fəzilətə malikdir, bu gecədə on doqquzuncu gecədə qeyd edilən müştərək əməllərdən əlavə bəzi duaların xüsusi olaraq oxunuşuna təkid edilmişdir. 

Məhəmməd ibn İsa özü gətirdiyi sənədlə məsumların belə buyurduğunu nəql edir: “Ramazan ayının iyirmi üçüncü gecəsi bu duanı istər səcdə, istər qiyam, istər rüku, oturan yerdə, ayaq üstə hər halda bacardığın qədər oxu. Həyatında yadına düşən hər bir zamanda çalış bu duanı oxuyasan. Allahı həmd etdikdən və onun peyğəmbərinə salavat göndərdikdən sonra deyirsən:

اللَّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَى آبَائِهِ فِي هَذِهِ السَّاعَةِ وَ فِي كُلِّ سَاعَةٍ وَلِيّا وَ حَافِظا وَ قَائِدا وَ نَاصِرا وَ دَلِيلا وَ عَيْنا حَتَّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعا وَ تُمَتِّعَهُ فِيهَا طَوِيلا

Əllahummə kun livəliy­yə­kəl huccətibnil Həsən, sə­lə­vatukə ələyhi və əla aba­ih, fi hazihis saəti və fi kulli saəh, vəliyyən və ha­fi­za, və qaidən və nasira, və dəlilən və əyna, hətta tus­ki­nəhu ərzəkə təv`a, və tumət­tiəhu fiha təvila.

İlahi, Sənin canişinin (nümayəndən) Hüöccət ibnil-Həsənə (imam Zamana) (ona və əcdadına salam və salavatın olsun) indi və hər bir an himayəçi, gözətçi, rəhbər, köməkçi, yolgöstərən və gözü ol! O vaxta qədər ki, öz məsləhətinlə onu yer üzündə sakin edəsən və onu uzun müddət faydalandırasan.

Daha sonra deyirsən:

يَا مُدَبِّرَ الْأَمُورِ يَا بَاعِثَ مَنْ فِي الْقُبُورِ يَا مُجْرِيَ الْبُحُورِ يَا مُلَيِّنَ الْحَدِيدِ لِدَاوُدَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا

Ya mudəbbirul umur, ya ba­i­sə mən fil qubur, ya muc­ri­yəl buhur, ya muləyyinəl hə­di­di liDavud, səlli əla Muhəm­­dən və ali Muhəm­məd, vəf`əl bi kəza və kəza.

Ey işləri idarə edən, ey qəbirlərdə olanları qaldıran, ey dənizləri cari edən, ey dəmiri Davud üçün yumşaldan, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və mənim bu hacətlərimi rəva qıl!


İltimas dua!



Etiketlər :

Ramazan ayının iyirmi üçüncü gecəsinin əməlləri