Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri
24 November 2024
17:05
۷۳۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri1.Bu gecə xüsusilə qüsl almaq qeyd olunmuşdur və İmam Zeynulabidin (əleyhissəlam) bu gecədə əvvəlindən axırına kimi oxuyardı:
اللَّهُمَّ ارْزُقْنِي التَّجَافِيَ عَنْ دَارِ الْغُرُورِ وَ الْاِنَّابَةَ إِلَى دَارِ الْخُلُودِ وَ الاسْتِعْدَادَ لِلْمَوْتِ قَبْلَ حُلُولِ الْفَوْتِ
“Əllahummərzuqnit təcafiyə ən daril ğurur, vəl inabətə ila daril xulud, vəl isti`dadə lil məvti qəblə hululil fəvt.”
İlahi, qürur (fani) evindən uzaqlaşıb, əbədi evə qayıtmağı və vaxtı çatmamışdan öncə ölümə hazırlığı mənə nəsib et!
2. Gecəni oyaq qalmaq (Ehya saxlamaq);
3. İmam Hüseynin (əleyhissəlam) ziyarəti;
4. Altı rükət namaz (iki rükət, iki rükət);
5. Otuz rükət namaz. Hər rükətdə “Həmd”dən sonra on dəfə “İxlas”surəsini oxumaq. Bu namazı İbni Tavus peyğəmbərdən çoxlu fəzilətlə nəql edib.
6. On iki rükət (iki-iki) namaz. Hər rükətdə “Həmd”, “İxlas”, “Fələq”,”Nas” və “Ayətəl-kürsi”ni bir dəfə, “Qədr”surəsini isə dörd dəfə oxumaq lazımdır. Salamları dedikdən sonra dörd dəfə deyin:
اللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ لا أَتَّخِذُ مِنْ دُونِهِ وَلِيّا
“Əllahu Əllahu rəbbi la uşriku bihi şəy`a, və la əttəxizu min dunihi vəliyya.”
Allah mənim Rəbbimdir. Mən ona heç bir şeyi şərik qoşmur və Ondan başqasına özümə dost (hami) seçmərəm.
Sonra ürəyin nə istəsə oxu. Bu Seyidin İmam Sadiqdən (ə) nəql etdiyi namazdır. Amma Kəfəmi “Misbah”da yazır; Davud ibn Sərhan İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: Rəcəb ayının orta gecəsində on iki rükət namaz qılırsan, hər rükətdə Həmd surəni oxuyub namazı qurtardıqdan sonra “Həmd”, “Fələq”, “Nas”,”İxlas” surələrini və “Ayətəl-kürsi”ni dörd dəfə oxuyursan. Sonra dörd dəfə deyirsən:
سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ
“Subhanəlləhi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.”
Allah pak və bütün eyiblərdən uzaqdır. Həmd-səna Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur. Allah böyükdür.
Sonra deyirsən:
اللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ مَا شَاءَ اللَّهُ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ
“Əllahu Əllahu rəbbi la uşriku bihi şəy`a, və ma şaəllahu la quvvətə illa billahil əliyyil əzim.”
Allah mənim Rəbbimdir. Mən ona heç bir şeyi şərik qoşmuram. Allah nə istəsə (o da olar). Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
Mənbə: “Məfatihul-cinan”, Ramazan ayının gecələrinin əməlləri.
İltimas dua!