Ramazan ayının sonuncu günündə olunan dualar
24 November 2024
18:39
۷۲۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının sonuncu günündə olunan dualar
Mərhum Seyid axırıncı gün üçün dua nəql etmişdir ki, əvvəli “Əllahummə innəkə ərhəmur-rahimin...”dir. Adətən belə gündə möminlər Quran xətm edirlər, yaxşı olar ki, xətmdən sonra ya Səhifəyi Səccadiyyənin 42-ci duasını, ya da Şeyxin Əmirəl-möminindən nəql etdiyi bu qısa duanı oxusun:
اللَّهُمَّ اشْرَحْ بِالْقُرْآنِ صَدْرِي وَ اسْتَعْمِلْ بِالْقُرْآنِ بَدَنِي وَ نَوِّرْ بِالْقُرْآنِ بَصَرِي وَ أَطْلِقْ بِالْقُرْآنِ لِسَانِي وَ أَعِنِّي عَلَيْهِ مَا أَبْقَيْتَنِي فَاِنَّهُ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِكَ
Əllahumməşrəh bil Qur`ani sədri, vəstə`mil bil Qur`ani bədəni, və nəvvir bil Qur`ani bəsəri, və ətliq bil Qur`ani lisani, və əinni ələyhi ma əbqəytəni, fəinnəhu la həvlə və la quvvətə illa bik.
İlahi, sinəmi Quranla genişləndir, bədənimi Quranla (Quranın göstərişləri ilə) işə sal, gözümü Quranla işıqlandır, dilimi Quranla aç və yaşadığım vaxta qədər ona əməl etməkdə mənə yardımçı ol! Çünki Səndən başqa heç bir güc və qüdrət yoxdur.
Əmirəl-möminin nəql etdiyi bu duanı da oxusun:
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ إِخْبَاتَ الْمُخْبِتِينَ وَ إِخْلاصَ الْمُوقِنِينَ وَ مُرَافَقَةَ الْأَبْرَارِ وَ اسْتِحْقَاقَ حَقَائِقِ الْإِيمَانِ وَ الْغَنِيمَةَ مِنْ كُلِّ بِرٍّ وَ السَّلامَةَ مِنْ كُلِّ إِثْمٍ وَ وُجُوبَ رَحْمَتِكَ وَ عَزَائِمَ مَغْفِرَتِكَ وَ الْفَوْزَ بِالْجَنَّةِ وَ النَّجَاةَ مِنَ النَّارِ
Əllahummə inni əs`əlukə ixbatəl muxbitin, və ixlasəl muqinin, və murafəqətəl əbrar, vəstihqaqə həqaiqil iman, vəl ğənimətə min kulli birr, vəs səlamətə min kulli ism, və vucubə rəhmətikə və əzaimə məğfirətik, vəl fəvzə bil cənnəti vən nəcatə minən nar.
İlahi, Səndən dərgahında baş əyənlərin xatircəmliyini, yəqin əhlinin ixlasını, xeyirxahların yoldaşlığını, imanın həqiqətlərini dərk etmək üçün ləyaqət, bütün yaxşılıqlardan faydalanmaq, bütün günahlardan qorunmaq (sağlamlıq), rəhmətinin vacibliyini, məğfirətinin səbəblərini, behiştə çatmağı və cəhənnəmdən qurtuluş istəyirəm!
İltimas dua!