Ramazan ayının axırıncı gecəsinin əməlləri
26 November 2024
10:07
۶۵۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının axırıncı gecəsinin əməlləri
1. Qüsl etmək.
2. İmam Hüseynin (əleyhissəlam) ziyarəti.
3. “Ənam”, “Kəhf”, “Yasin” surələrini oxumaq və yüz dəfə “Əstəğ-firullahə rəbbi və ətubu iləyh” demək.
4. Mərhum Kuleyninin həzrət İmam Sadiqdən (əleyhissəlam) nəql etdiyi bu duanı oxumaq:
Əllahummə hazə şəhru rəməzanəlləzi ənzəltə fihil Qur`an, və qəd təsərrəmə və əuzu bivəchikəl kərimi ya rəbbi, ən yətluəl fəcru min ləyləti hazihi, əv yətəsərrəmə şəhru rəməzan, və ləkə qibəli təbiətun əv zənbun turidu ən tuəzzibəni bihi yəvmə əlqak.
İlahi, Qurani-Kərimi nazil etdiyin bu Ramazan ayı gəlib keçdi! Ey mənim Rəbbim, bu gecənin sübhü üzümə açıldığı halda, mənim üzərimdə Sənin tərəfindən bir cəza və ya Sənə qarşı bir günah qalaraq əzaba düçar olacağımdan Sənin böyük zatına sığınmışam!
5. “Ya mudəbbirəl umuri...” duasını oxumaq (iyirmi üçüncü gecənin əməllərində keçdi).
6. Vida duaları ilə ramazan ayı ilə vidalaşmaq. Bu vidanı mərhum Kuleyni, Şeyx Səduq, Şeyx Müfid, Şeyx Tusi və Seyyid İbni Tavus nəql ediblər. Bəlkə bunların hamısından yaxşısı, “Səhifəyi Səccadiyyə”nin 45-ci duasıdır. Seyid İbni Tavus həzrət İmam Sadiq əleyhissalamdan rəvayət edir ki, hər kim ramazan ayının axırında bu ayla vidalaşmaq istəsə, belə desin:
اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ صِيَامِي لِشَهْرِ رَمَضَانَ وَ أَعُوذُ بِكَ أَنْ يَطْلُعَ فَجْرُ هَذِهِ اللَّيْلَةِ إِلا وَ قَدْ غَفَرْتَ لِي
Əllahummə la təc`əlhu axirəl əhdi min siyami lişəhri rəaməzan və əuzu bikə ən yətluə fəcru hazihil ləyləh, illa və qəd ğəfərtə li.
İlahi, bunu mənim Ramazan ayında tutduğum orucların axırıncısı qərar vermə! Mən Sənə sığınmışam ki, bu gecənin sübhü açıldıqda məni bağışlayasan.
Səhər açılmamış Allah taala onun günahlarını bağışlayar və ona tövbə, Allahla razü-niyaz eləməyi qismət edər. Mərhum Şeyx Səduq Cabir ibn Ənsaridən belə nəql edir: “Ramazan ayının axıncı cüməsi Peyğəmbərin (sallallahu əleyhi və alih) yanına getdim. Həzrət məni görcək belə buyurdu: “Bu ayın axırıncı cüməsidir, bu sözlərlə ayla vidalaş:
İlahi, bunu bizim tutduğumuz orucların axırıncısı qərar vermə və əgər qərar verəcəksənsə, onda, məni bağışlanmışlardan (rəhmətinə şamil olanlardan) qərar ver və məhrum olanlardan qərar vermə!
Hər kim bu duanı belə bir gündə oxusa, bu iki şeydən birinə nail olar; ya gələn ramazan ayına yetişər, ya da günahları pak olub, Allahın hədsiz hədsiz rəhmətinə nail olar. Mərhum Seyid ibn Tavus və Kəfəmi Peyğəmbərin (sallallahu əleyhi və alih) belə buyurduğunu nəql edirlər: “Hər kim bu ayın axırıncı gecəsi on rükət iki rükətli; hər rükətdə “Həmd”dən sonra on dəfə “İxlas”surəsini oxuya, səcdə və rükularda on dəfə:
سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ
Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.
Allah pak və bütün eyiblərdən uzaqdır. Həmd yalnız Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür.
- deyə, on rükəti bitirdikdən sonra, min dəfə istiğfar (“Əstəğfirullah” demək) eləsə, istiğfar etdikdən sonra səcdəyə gedib səcdədə bu sözləri desə:
يَا حَيُّ يَا قَيُّومُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا رَحْمَانَ الدُّنْيَا وَ الْآخِرَةِ وَ رَحِيمَهُمَا يَا أَرْحَمَ الرَّاحِمِينَ يَا إِلَهَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ اغْفِرْ لَنَا ذُنُوبَنَا وَ تَقَبَّلْ مِنَّا صَلاتَنَا وَ صِيَامَنَا وَ قِيَامَنَا
Ya həyyu ya qəyyum, ya zəl cəlali vəl ikram, ya rəhmanəd dunya vəl axirəti və rəhiməhuma, ya ərhəmər rahimin, ya ilahəl əvvəlinə vəl axirin, iğfir ləna zunubəna və təqəbbəl minna səlatəna və siyaməna və qiyaməna.
Məni peyğəmbərliyə seçən Allaha and olsun, Cəbrail İsrafildən, o da Allah taaladan bu xəbəri mənə verdi ki, bu şəxs başını səcdədən qaldırmamış Allah taala onun bütün günahları bağışlayar...”
Bu namaz Fitr bayramında da nəql olunubdur. Amma rükuda oxunan təsbihate ərbəə burada, “iğfir ləna zunubəna...iğfir li zunubi və təqəbbəl səvmi və səlati və qiyami.”
İltimas dua!