Həzrət Həmzə Seyyiduş-şuhədanın (əleyhissəlam) şəhadəti

23 November 2024

21:34

۶۹۴

Xəbərin xülasəsi :
Hicri-qəməri 1441-cu il şəvval ayının 15-i, miladi 2020-ci il iyun ayının 7-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətli əmisi həzrət Həmzənin (əleyhissəlam) şəhadət günüdür. Bu qəmli günü bütün müsəlmanlara təsəlli və başsağlığı deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Həmzə Seyyiduş-şuhədanın (əleyhissəlam) şəhadəti

Hicri-qəməri 1441-cu il şəvval ayının 15-i, miladi 2020-ci il iyun ayının 7-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətli əmisi həzrət Həmzənin (əleyhissəlam) şəhadət günüdür. Bu qəmli günü bütün müsəlmanlara təsəlli və başsağlığı deyirik.

Hicrətin 3-cu ilində “Uhud” döyüşü günündə həzrət Seyyiduş-şuhəda Həmzə (əleyhissəlam) və əlavə 69 nəfər müsəlman döyüşçüləri şəhadətə yetmişlər.(1) Bəzi tarixçilər Uhud döyüşünün tarixinin şəvval ayının 17-də baş verməsini qeyd etmişlər.(2)

Həzrət Həmzənin şəhadəti

Həzrət Həmzə (əleyhissəlam) heybətli və çox şücaətli bir şəxs olmuş və İslam dininin möhkəmlənməsində böyük xidmətləri olmuşdur. Uhud döyüşündə o Həzrəti Vəhşi adlı bir zənci döyüşçü Əbu Süfyanın arvadı və Muaviyənin anası Hindin sifarişi ilə şəhadətə yetirmişdir. Yazırlar ki, Bədr döyüşündə müsəlmanlar tərəfindən ata, qardaş və əmisini itirən Hind əvvəlcə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz anasının qəbrini dağıdır o Həzrətin anasına hörmətsizlik etmək fikrinə düşür. Lakin kafirlər öz ölülərinin qəbirlərinin müsəlmanlar tərəfindən dağıdılması qorxusundan bu fikirdən dönürlər. Ona görə də Müaviyənin anası böyük vədələr verərək Vəhşi adlı zənci bir döyüşçüyə çoxlu hədiyyə və vədələr boyun alaraq onu həzrət Peyğəmbəri (sallallahu əleyhi və alih) yaxud Əli əleyhissəlamı və ya həzrət Həmzəni (əleyhissəlam) qətlə yetirməyə təhrik etmişdir. Əbu Süfyanın arvadının bu istəyi müqabilində Vəhşi ona deyir: “Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) və Əli əleyhissəlamı qətlə yetirməkdən acizəm, ona görə ki, Peyğəmbəri möhkəm qoruyurlar və Əli əleyhissəlam da döyüşdə çox ayıqdır, amma Həmzəni qətlə yetirmək üçün gizlənib fürsət taparam. Çünki Həmzə döyüş zamanı o qədər döyüşə qərq olur ki, mənim pusquda durmağımdan xəbəri olmaz.”

O Uhud müharibəsində nizə ilə həzrət Həmzənin mübarək sinəsini və ya qarnını nişanlayıb həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) çox əziz olan bu şəxsiyyəti şəhadətə yetirmişdir. Həzrət Həmzənin qətlə yetirilmə xəbəri Müaviyənin anası Hində çatdıqda o xəbis arvad Həmzənin sinəsini yarıb mübarək ciyərini çıxarıb dişləri ilə onu didib-çeynəmişdir. Həmçinin, bu xəbis və yırtıcı arvad həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) böyük qüssə, qəmginlik və sarsıntı yetirmək məqsədilə xəncər ilə həzrət Həmzənin qulaqlarını, burnunu və s. kəsib, onları sapa keçirərək boynundan asmışdır. 

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih), cənab Həmzənin bacısı Səfiyyə, həzrət Fatiməi-Zəhra və imam Əli (əleyhiməssəlam) cənab Həmzənin mübarək cənazəsinin kənarında çox ağlamışlar, sonra Peyğəmbər (sallallahu əleyhi və alih) onun cənazəsinə namaz qılmış və onu Uhud məntəqəsində dəfn etmişdir.

Həzrət imam Rza əleyhissəlam həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql edr ki, o Həzrət buyurmuşdur:

“Əli mənim ən yaxşı qardaşım və Həmzə mənim ən yaxşı əmimdir.”

Bu böyük qəm və qüssəni bir daha bütün Əhli-Beyt dostlarına təsəlli və başsağlığı deyirik!



[1] Biharul-ənvar, cild 20, səh. 18; Sireye İbn Hişam, cild 3, səh. 68

[2] Biharul-ənvar, cild 97, səh. 168


Etiketlər :

Həzrət Həmzə Seyyiduş-şuhədanın (əleyhissəlam) şəhadəti