Yer üzündə İlahi hüccətin həmişəlik vücudu

26 November 2024

10:25

۶۲۶

Xəbərin xülasəsi :
Həzrət imam Sadiq əleyhissəlam buyurur: “Yer üzündə həmişə insanları Allah-taalaya tərəf hidayət edən və halal və haramı xalqa catdıran Allahın hüccəti vardır.”

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Yer üzündə İlahi hüccətin həmişəlik vücudu

Həzrət imam Sadiq əleyhissəlam bir hədisdə buyurur:

"مَا زَالَتِ اَلْأَرْضُ إِلاَّ وَ لِلَّهِ فِيهَا اَلْحُجَّةُ يُعَرِّفُ اَلْحَلاَلَ وَ اَلْحَرَامَ وَ يَدْعُو اَلنَّاسَ إِلَى سَبِيلِ اللَّهِ"

“Yer üzündə həmişə insanları Allah-taalaya tərəf hidayət edən və halal və haramı xalqa catdıran Allahın hüccəti vardır.”

Bu hədisdə həzrət imam Sadiq əleyhissəlam Məsum İmamın (əleyhissəlam) vəzifəsinə işarə edərək byurur ki, İmam gərək dini öyrətmək və İlahi mərifəti bəyan etmək vəzifəsinə malik olsun. Eyni zamanda hədis elə bie tərzdə bəyan edilir ki, onu ancaq İmamın xalq arasında zahiri hüzuru zamanına həsr etmək olmaz. Deməli, hətta əgər bir insan bəzi şəxsiyyətlərin həzrət Sahib Zamanın (əleyhissəlam) hüzuruna yetişmələrini heç bir şəkildə qəbul etməsə də belə və ya onları dəlil ünvanı ilə qəbul etməzsə, bu hədisdən İmam Zamanın (əleyhissəlam) müxtəlif yollarla xalqın elmi və mədəni ehtiyaclarını və suallarını cavablandırması sübut edilə bilər. Əgər insanların İmamın (əleyhissəlam) hüzuruna yetişməsi məsələsinə də diqqət etsək aydın olar ki, olduqca çox insanlar bu yol ilə həzrət İmam Zamandan (əleyhissəlam) elmi sahədə bəhrələnmişlər. Burada belə hadislərdən bəzilərinə işarə edirik:

1- Mərhum Məclisinin “Biharul-Ənvar” kitabının 53-cü cildində yazdığına əsasən, Mir Əllamın nəqlinə görə Müqəddəs Ərdəbilinin Həzrətin hüzuruna yetişməsi və o Həzrətdən bəzi suallarına cavab alması.

2- “Mirmehr” kitabında cənab Hüccətul-islam Pur Seyid Aqayinin nəqlinə əsasən mərhum Seyid Bəhrul-ulumun həzrət imam Huseynin (əleyhissəlam) ziyarəti və o Həzrət üçün ağlamağın olduqca böyük savaba malik olması xəbərini İmam Zamandan (əleyhissəlam) nəql etməsi.

3- “Məfatihul-cinan” kitabında mərhum Şeyx Abbas Quminin qeyd etdiyinə əsasən Hacı Əli Bəğdadinin həzrət İmam Zamanın (əleyhissəlam) hüzuruna çatması və o Həzrətdən bəzi suallarına cavab alması.

4- “Qisəsul-uləma” kitabında Mirzə Məhəmməd Tonkaboninin nəqlinə əsasən mərhum Şeyx Mufidin səhv olan fətvası və o fətvanın həzrət İmam Zamanın (əleyhissəlam) vasitəsilə islah edilib düzəldilməsi.

5- Mərhum Şeyx Abbas Quminin “Məfatihul-cinan” kitabında və mərhum Musəvi İsfəhaninin “Mikyalil-məkarim” kitabında nəql etdiklərinə əsasən bəzduaların və ziyarətnamələrin İmam Zaman (əleyhissəlam) tərəfindən təlim edilib öyrədilməsi...

ILtimas dua!


Etiketlər :

Yer üzündə İlahi hüccətin həmişəlik vücudu