Həzrət imam Cəfəri-Sadiqin (əleyhissəlam) şəhadət günü

26 November 2024

07:24

۶۹۱

Xəbərin xülasəsi :
Hicri-qəməri 1441-cı il şəvval ayının 25-i, miladi 2020-ci il iyun ayının 17-i imamət və xilafət səmasının parlaq ulduzu Peyğəmbər (sallallahu əleyhi və alih) canişinlərinin altıncısı həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Cəfəri-Sadiqin (əleyhissəlam) şəhadət günü

Hicri-qəməri 1441-cı il şəvval ayının 25-i, miladi 2020-ci il iyun ayının 17-i imamət və xilafət səmasının parlaq ulduzu Peyğəmbər (sallallahu əleyhi və alih) canişinlərinin altıncısı həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın şəhadət günüdür. Bu əzəmətli müsibəti ilk növbədə zamanın imamı həzrət Bəqiyyətillah, Hüccət ibn Həsənə (əccəlallahu əleyhi və alih) təsəlli deyir və həmçinin bütün möminlərə başsağlığı veririk. Ümid edirik əziz möminlər Əhli-Beytin (əleyhimussəlam) təlim və tərbiyə məktəbindən kifayət qədər bəhrələnərək Allah-taalanın dərgahında layiqli ibadətlərə nail olsunlar, İnşa Allah!

Əziz mömin bacı-qardaşlara həzrət Sadiqdən (əleyhissəlam) bir hədis nəql etməklə Əhli-Beytin (əleyhimussəlam) dürəfşan kəlamlarından faydalanmaq arzu edilir:

Həzrət imam Sadiq əleyhissəlam buyurub:

"إِذَا أَرَادَ اَللَّهُ بِعَبْدٍ خَيْراً زَهَّدَهُ فِي اَلدُّنْيَا وَ فَقَّهَهُ فِي اَلدِّينِ وَ بَصَّرَهُ عُيُوبَهَا وَ مَنْ أُوتِيَهُنَّ فَقَدْ أُوتِيَ خَيْرَ اَلدُّنْيَا وَ اَلْآخِرَةِ..."

“Allah-taala bəndəyə xeyir yetirmək istədikdə, onu dünyaya qarşı rəğbətsiz və dini məsələlərdə alim və fəqih edər, ona dünyanın eyblərini göstərər. Hər kəsə bu xüsusiyyətlər verilibsə, demək dünya və axirətin xeyri ona əta olub.”[1]



[1] "Kafi", cild 2, səh. 130


Etiketlər :

Həzrət imam Cəfəri-Sadiqin (əleyhissəlam) şəhadət günü