Həzrət Fatiməi-Məsumənin (əleyhasəlam) təvəllüdü

24 November 2024

14:28

۷۲۱

Xəbərin xülasəsi :
Hicri-qəməri 1441-ci il, zil-qə`də ayının 1-i, miladi 2020-ci il iyunun 23-ü həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) əziz qızı və imam Rzanın (əleyhissəlam) sevimli bacısı Xanım Fatiməi-Məsumənin (əleyhasəlam) dünyaya gəldiyi gündür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatiməi-Məsumənin (əleyhasəlam) təvəllüdü

Hicri-qəməri 1441-ci il, zil-qə`də ayının 1-i, miladi 2020-ci il iyunun 23-ü həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) əziz qızı və imam Rzanın (əleyhissəlam) sevimli bacısı  Xanım Fatiməi-Məsumənin (əleyhasəlam) dünyaya gəldiyi gündür. O həzrətin əziz atası həzrət imam Musayi-Kazim əleyhissəlam və mehriban anası həzrət Nəcmə Xatun, həzrət imam Rza əleyhissəlamın anası olmuşdur. Əhli-Beytin (əleyhimussəlam) sevinc və fərəhinə səbəb olan bu əziz və şad gündə bütün mömin bacı-qardaşları, xüsusən də “qızlar bayramı” adı ilə çiçəklənən bu fərəhli gündə mehriban övladlarımıza və məsumə qızlarımıza səmimi təbrik deyir, hamınızın səadətli və xoşbəxt olmağınızı arzu edirik.

Xanım Məsumənin (əleyhasəlam) fəzilət və kəramətləri barəsində Əhli-Beyt əleyhimussəlam tərəfindən və eləcə də böyük alimlərin dili ilə əzəmətli kəlmələr qeyd edilmişdir və bunun üçün ayrıca bir vaxtda məlumat verəcəyik. Lakin burada bu qədər desək kifayətdir ki, Əhli-Beyt (əleyhimussəlam) məktəbinin böyük şəxsiyyətləri həzrət Məsumədə (əleyhasəlam) Fatiməi-Zəhra əleyhasəlamın həqiqətinin təcəlli etdiyini qeydə almışlar və o Həzrətin müqəddəs Qum şəhərində yerləşən şərafətli məzarını ziyarət etmək alimlər və elm sahiblərinin böyük arzularından olmuşdur.

Iltimas dua!


Etiketlər :

Həzrət Fatiməi-Məsumənin (əleyhasəlam) təvəllüdü