Həzrət imam Hadi əleyhissəlamın təvəllüdü
23 November 2024
21:50
۷۲۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Hadi əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1441-ci il zul-hiccə ayının 15-i, miladi 2020-ci il avqust ayının 5-i imamət və vilayət səmasının onuncu parlaq ulduzu həzrət imam Əli ibn Muhəmməd Hadinin (əleyhiməssəlam) təvəllüd günüdür. Bu əziz, fərəhli və şərəfli günün münasibətilə Əhli-beyt əleyhimussəlama, xüsusən o Həzrətin əziz nəvəsi həzrət imam Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) təbrik və sevinc hisslərimizi bildirir, həmçinin bütün müsəlmanlara, məxsusən Əhli-beyt (əleyhimussəlam) sevərlərinə gözünüz aydın və mübarəkdir deyirik. Ümid edirik Allah-təala mömin bacı-qardaşların müqəddəs Qurana, həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) və Əhli-beytinə (əleyhimussəlam) məhəbbətli və itaətkar olmaları naminə onlara həyatda böyük nailiyyətlər və əzəmətli məqamlar nəsib etsin, inşa Allah.
Həzrət imam Hadi əleyhissəlamın dürəfşan kəlamlarından
اِنَّ الحَرامَ لا ينمى وَاِن نَمى لا يبارَک لَهُ فيهِ وَما اَنفَقَهُ لَم يؤجَر عَلَيهِ وَما خَلَّـفَهُ کانَ زادَهُ اِلَى النّارِ
“Həqiqətən, haram mal artmaz və əgər artsa, bərəkəti olmaz. Əgər o maldan ehsan olunsa, ona əcr və mükafat düşməz və əgər o malı (vərəsəyə irs) saxlayan, özünün cəhənnəmə getməsinə azuqə hazırlayar.” (1)
Mənbə: Kafi, cild-5, səh. 125, hədis 7
İltimas dua!