Həzrət imam Huseyn (əleyhissəlam) əzadarlıq mərasimlərində təşt qoyma mərasimi
26 November 2024
03:02
۷۰۴
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-rahmənir-rahim
Həzrət imam Huseyn (əleyhissəlam) əzadarlıq mərasimlərində təşt qoyma mərasimiHicri-qəməri zil-hiccə ayının 27-si həzrət imam
Huseynin (əleyhissəlam) karvanının Hurr ibn Riyahın qoşunu ilə üzləşməsi və susuz
düşmənin su ilə təmin edilməsi gününə müsadif edir. Bu hadisənin hazırda həzrət
Huseyn (əleyhissəlam) əzadarlarının mərasimlərdə təşt içində su qoymaqla yad
edilməsi bir sıra məntəqələrdə ənənəyə çevrilmişdir. Bu qısa məqaləmizdə qeyd
olunan hadisə haqda müxtəsər məlumat verilir.
Həzrət Əba Əbdillahil Huseynin (əleyhissəlam) əzadarlıq
mərasimi yetişmək üzrədir, bir sıra məntəqələrdə, o cümlədən, Azərbaycanın cənub
rayonlarında və İranın şimal məntəqələrində təşt qoyma mərasimi keçirilir. Bu mərasimdə
mömin bacı-qardaşlar evlərdə, təkyələrdə, huseyniyyələrdə və məscidlərdə içərisinə
su götürərək təşt qoyurlar. Bu suyun əzadarlıq mərasimində mütəbərrik olması səbəbinə
ondan möminlərə, xüsusən də xəstələrə və
cismi narahatlıqları olan zəif insanlara şəfaət tapmaq niyyətilə verirlər
və bu məsələ tarix boyu təcrübə edilmiş və bir çox kəramətlər görülmüşdür. Amma
təşt qoyma mərasiminin tarixi barəsində bunu deməliyik ki, həzrət İmam Huseynin
(əleyhissəlam) karvanı Mədinədən Kərbəlaya qədər müxtəlif mənzilgahlar (istirahətgahlar)
keçmişdir. Kufə yolunda olan bir mənzilgahda o Həzrət səhabələrinə göstəriş
verir ki, orada mövcud olan bulaqdan kifayət qədər su ehtiyatı götürsünlər. Səhabələrdən
bəziləri Kufəyə daha yaxın olan növbəti mənzilgahda bulaq olduğunu qeyd edərək
bu tezliklə su ehtiyatı götürməyin mənasını başa düşmədikləri halda Məsum
imamın (əleyhissəlam) fövqəl-adə və İlahi elmə malik olduğunu nəzərə alaraq
etiraz etmədən İmamın göstərişinə itaət edib su ehtiyatı görürlər və məşkləri
su ilə doldururlar.
Zil-hiccə ayının 27-də Kufə yaxınlığına çatdıqda nəzərdə
tutulan mənzilgahda olan su bulağının quruduğu məlum olur, digər tərəfdən
Karvan orada Hurr ibn Riyahinin min atlısı ilə üz-üzə gəlir. Hurrin qoşununun
susuzduqdan çox acınacaqlı halda olduğu da məlum olur. Bu zaman İmam (əleyhissəlam)
düşmənin susuzluqdan tələf olmaq həddinə çatan qoşun əhlini və eləcə də onların
atlarını su ilə təmin etmək göstərişin verir. Bəzi səhabələrin istəyinə uyğun
olmasa belə Həzrətin əmrinə itaət edilir, təştlərdə və geniş qablarda düşmən
ordusunu su ilə təmin edirlər. Hurr özü əxlaqi baxımdan müsbət bir insan olduğu
üçün bu hadisədən çox təsirlənir, lakin öz əmirinin dəsturuna tabe olub imam
Huseyn (əleyhissəlam) karvanının hərəkətini nəzarət altına götürür və artıq Kərbəla
torpağında karvanın hərəkətinə mane olub o məntəqədə dayanmalarını tələb edir.
Buna baxmayaraq Hurr həzrət Huseyn (əleyhissəlam) ilə üz-üzə gəlmək və vuruşmaq
əzmində olmur. Məhz ona görə də gün ərzində namaz vaxtlarında öz dəstəsi ilə gəlib
o Həzrətin imaməti ilə bərpa edilən namazda iştirak edirlər...
Deməli, hazırda işarə edilən təşt qoyma mərasiminin
əsası imam Huseynin (əleyhissəlam) düşmənin teşnə qoşununu su ilə sirab etməsi
ilə əlaqədardır. Şübhəsiz, bu hadisə Hurr ibn Riyahın imamın qarşısında
durmağından peşman olub hidayət tapmasında təsirli olmuş və onu Behişt əhlindən
etmişdir. Ona görə də həzrət Huseynin (əleyhissəlam) kəramətinə əqidəli olan
mömin bacı-qardaşlar da imam əzadarlıqlarında təşt suyu qoyurlar. Huseyn (əleyhissəlam)
aşiqləri o sudan dadmaqla, istər düzgün əqidəyə malik olmaq, istərsə də cismi
narahatlıqdan sağlamlıq tapmaq baxımından həmin sudan içməklə şəfa tapırlar.
Bu
hadisə həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) buyurduğu kimi, imam
Huseynin (əleyhissəlam) hidayət çırağı və nicat gəmisi olmasını təsdiq edən
minlərlə sübutlardan biridir... ان الحسین مصباح الهدی و سفینة
النجاح" "- "Həqiqətən, Huseyn (əleyhissəlam) məktəbi Qiyamətə qədər
hidayət çırağı və nicat gəmisi olaraq yaşayacaqdır."
Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd və əccil
fərəcəhum!
Iltimas dua!