Səfər ayının əməlləri

26 November 2024

01:57

۱,۵۸۸

Xəbərin xülasəsi :
Bu ay, nəhs ayı adlanır. Nəhsi aradan aparmaq üçün sədəqə vermək və dua etməkdən yaxşı iş yoxdur. Hər kəs belə gündə nazil olan bəlalardan amanda qalmaq üçün, Mühəddis Feyzin nəql etdiyi duanı hər gün on dəfə oxumaq lazımdır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Səfər ayının əməlləri

Möhtəşəm "Məfatihul-cinan" kitabında qeyd edilir ki, bu ay, nəhs ayı adlanır. Nəhsi aradan aparmaq üçün sədəqə vermək və dua etməkdən yaxşı iş yoxdur. Hər kəs belə gündə nazil olan bəlalardan amanda qalmaq üçün, Mühəddis Feyzin nəql etdiyi duanı hər gün on dəfə oxumaq lazımdır:

يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيزُ ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِلُ يَا لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ

Ya şədidəl quva və ya şədidəl mihal, ya əzizu ya əzizu ya əziz, zəllət biəzə­mə­tikə cə­miu xəlqikə fəkfi­ni şərrə xəl­qik, ya muhsinu ya mucmilu ya mun`imu ya mufzil, ya la ilahə illa ənt, subhanəkə inni kuntu minəz zalimin, fəstə­cəb­na lə­hu və nəccəynahu minəl ğəmm, və kəzalikə nuncil mu`­minin, və səlləllahu əla Mu­həm­mədin və alihit təy­yibinət tahirin.
Ey qüdrəti şiddətli olan, ey intiqamı çətin olan, ey əziz, ey əziz, ey əziz (qüdrət sahibi), bütün yaratdıqların Sənin böyüklüyün müqabilində zəlil və kiçikdir! Elə isə məni yaratdıqlarının şərindən qoru! Ey ehsan edən, ey gözəllik verən, ey nemət verən, ey artıran, ey Səndən başqa heç bir tanrı olmayan, Sən bütün eyiblərdən pak və uzaqsan! Həqiqətən, mən zalımlardanam! “Biz onun (Yunisin) duasını qəbul etdik və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!” Allahın salamı olsun Məhəmməd və onun pak-pakizə Əhli-beytinə!

Məhərrəmin birinci gün

Hicri qəməri tarixi ilə 37-ci ildə “Siffeyn” müharibəsi başlandı. Bir nəzərə görə, 61-ci ilin həmin günündə şəhidlərin sərvəri İmam Hüseyn (ə)-ın kəsilmiş başını Dəməşqə gətirdilər. Əməvi sülaləsi o günü bayram keçirtdi. Yenə başqa bir nəzərə görə, 121-ci ilin həmin günü, yaxud iki gün ondan sonra Zeyd ibn Əli ibn Hüseyn şəhid oldu.
كانت مآتم بالعراق تعدها             أموية بالشام من أعيادها

Kanət matimu bil İraqi təud­duha. Əməviyyətun biş Şami min ə`yadiha.

İraqın qəm və matəm günlərində Əməvilər Şamda bayrama hazırlaşırdılar!
الا لعنة الله علی الظالمین و سیعلم الذین ظلموا ای منقلب ینقلبون


Etiketlər :

Səfər ayının əməlləri