Həzrət imam Həsən Muctəba əleyhissəlamın məqam və fəzilətlərindən

26 November 2024

01:51

۶۴۷

Xəbərin xülasəsi :
Həzrət imam Cəfər Sadiq əleyhissəlam buyurub: “Həqiqətən, imam Huseyn ibn Əli (əleyhiməssəlam) hər cümə axşamı həzrət imam Həsən Muctəba əleyhissəlamın müqəddəs qəbrini ziyarət edərdi.”
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Həsən Muctəba əleyhissəlamın məqam və fəzilətlərindən

كتبَ معاوية الى الأمام الحسن عليه السلام :

 أنا خيرٌ منك يا أبا محمد لأن الناسَ أجمعتْ عليَّ ولم تُجمِع عليك

فكتب إليهِ الحسن الزكي عليه السلام :

"إن الذين أجمعوا عليكَ بين مُكرَهٍ ومُطيع ، فأما المُكرَه فهو معذور في كتاب الله ، وأما المطيع فهو عاصٍ لله ...

وأنا لا أقولُ أنا خيرٌ منك لأنه لا خير فيك ، فلقد برأني اللهُ من الرذائلِ ، كما برأكَ من الفضائلِ ... والسلام"
Muaviyə həzrət imam Həsən əleyhissəlama yazır: “Ey Əba Muhəmməd! Mən səndən yaxşı və hörmətliyəm. Ona görə ki, xalq sənin ətrafında deyil, mənim ətrafıma toplanıb və mənimlədir.”
İmam Həsən əz-Zəkiyy (əleyhissəlam) onun cavabında yazır: “Sənin ətrafına toplananlar iki qisimdirlər; ya (həqiqətdə) nifrət edib səni ürəkdən qəbul etmirlər, ya da sənə vəfalı olub itaət edəndirlər. Amma məcburiyyət üzündən ətrafına toplananlara gəldikdə, onlar Allahın müqəddəs kitabında qeyd olunduğu kimi üzrlüdürlər, lakin sənə sadiq və itaətkar olanlar isə, bu əməllərində asi və günahkardırlar.
Amma mən sənə demirəm ki, səndən yaxşıyam, çünki sənin müqayisə ediləcək bir yaxşılığın yoxdur, ta ki, özümü səninlə müqayisə də edim. Həqiqətən, Allah-taala məni bütün rəzilliklər və nifrət doğuran sifətlərdən pak xəlq edibdir, necə ki, səni də hər hansı bir fəzilətdən və mənəvi sifətdən məhrum edibdir... vəs-səlam!”
Mənbə: Mənaqib Ali Əbi Talib, İbn Şəhr Aşub, cild-3, səh. 186

عن الصادق(عليه السلام):

"أَنَّ اَلْحُسَيْنَ بْنَ عَلِيٍّ(ع) كَانَ يَزُورُ قَبْرَ اَلْحَسَنِ(ع) فِي كُلِّ عَشِيَّةِ جُمُعَةٍ"
Həzrət imam Cəfər Sadiq əleyhissəlam buyurub:
“Həqiqətən, imam Huseyn ibn Əli (əleyhiməssəlam) hər cümə axşamı həzrət imam Həsən Muctəba əleyhissəlamın müqəddəs qəbrini ziyarət edərdi.”

Mənbə: Qurbul-əsnad, Himyəri, səh. 139





Etiketlər :

Həzrət imam Həsən Muctəba əleyhissəlamın məqam və fəzilətlərindən