Həzrət Fatiməi Zəhranın (əleyhasəlam) ah-naləsi

26 November 2024

00:03

۷۵۶

Xəbərin xülasəsi :
Hicri qəməri tarixi ilə 11-ci ilin bazar ertəsi günündə Həzrət Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) pak ruhu Allah-taalaya qovuşdu
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatiməi Zəhra (əleyhasəlam) əziz atasının matəmində ah-nalə edir

Hicri qəməri tarixi ilə 11-ci ilin bazar ertəsi günündə Həzrət Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) pak ruhu Allah-taalaya qovuşdu. Vəfat etdikdə həzrətin altmış üç yaşı var idi. Allah sevimli həbibinin hələ uşaq ikən peyğəmbərliyə seçilməsinə baxmayaraq, qırx yaşına yetərkən İlahi vəhy nazil oldu və 13 il Məkkədə camaatı tövhid və Allahpərəstliyə çağırdı. Əlli üç yaşında isə Mədinəyə hicrət etdi. Hicrətin 10-cu ilində müqəddəs ruhu Allah-taalaya qovuşdu. Əmirəl-möminin Əli (əleyhissəlam) o həzrətə qüsl verdi, hənut vurdu, pak bədənini kəfənlədi, sonra ona namaz qıldı. Bundan sonra səhabələr də dəstə-dəstə gəlib, o həzrətə namaz qıldılar. Həzrət Əli (əleyhissəlam) Peyğəmbəri (sallallahu əleyhi və alih) elə vəfat etdiyi yerdə, öz otağında dəfn etdi. Ənəs ibn Malikdən belə nəql olunmuşdur: “Peyğəmbəri-Əkrəmi (sallallahu əleyhi və alih) dəfn etdikdən sonra, xanım Fatiməi Zəhra (salavatullahi əleyha) mənə tərəf gəlib dedi: “Ey Ənəs! Allahın Peyğəmbərinin üstünə torpaq tökməyə necə ürəyiniz gəldi?” Sonra ağlayıb dedi:

يَا أَبَتَاهْ أَجَابَ رَبّا دَعَاهُ

يَا أَبَتَاهْ مِن رَبِّهِ مَا أَدْنَاهُ      إلخ


Ya əbətahu əcabə rəbbən dəahu, 

Ya əbətahu min rəbbihi ma ədnahu...

 Atacan! Allah səni dəvət etdikdə, sən də qəbul etdin. Atacan! Sən necə də Rəbbinə yaxınsan




Etiketlər :

Həzrət Fatiməi Zəhra (əleyhasəlam) əziz atasının matəmində ah-nalə edir