Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti

24 November 2024

05:02

۷۸۷

Xəbərin xülasəsi :
Mərhum Şeyx Mufid “Məsaruş-şiə” və mərhum Şeyx Tusi “Misbahul mutəhəccəd” kitablarında qeyd etdiklərinə əsasən hicri-qəməri 50-ci ilin səfər ayının 28-də həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadət günüdür. Bu ağır və əzəmətli müsibəti öncə həzrət Sahibəl-əsr imam Zamana (Allah onun zühurunda təcil etsin) daha sonra bütün Əhli-beyt (əleyhimussəl) sevərlərinə təsəlli və başsağlığı deyirik!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti

Mərhum Şeyx Mufid “Məsaruş-şiə” və mərhum Şeyx Tusi “Misbahul mutəhəccəd” kitablarında qeyd etdiklərinə əsasən hicri-qəməri 50-ci ilin səfər ayının 28-də həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadət günüdür. Bu ağır və əzəmətli müsibəti öncə həzrət Sahibəl-əsr imam Zamana (Allah onun zühurunda təcil etsin) daha sonra bütün Əhli-beyt (əleyhimussəl) sevərlərinə təsəlli və başsağlığı deyirik!

Həzrət imam Həsən Muctəba (əleyhissəlam) buyurur:

"هَلاک النّاسِ فِی ثَلاث: الکبْرُ وَ الحِرْصُ وَ الْحَسَدُ، فَالکبْرُ هَلاک الدينِ وَ بِهِ لُعِنَ إِبْليسُ وَ الحِرْصُ عَدُوُّ النَفْسِ وَ بِهِ أُخْرِجَ آدَمُ مِنَ الجَنَّةِ وَ الحَسَدُ رائِدُ السُوءِ وَ مِنْهُ قَتَلَ قابيلُ هابيلَ"

Üç məsələ insanları həlak edər: Təkəbbür, hərislik, həsəd və paxıllıq.

1-Təkəbbür və özünü böyük tutmaq insanın dinini aparar, necə ki, şeytan özünü böyük tutmaqla öz dinini məhv etdi və nifrətəlayiq oldu.

2-Hərislik və tamah hər bir insanın şəxsiyyətinin düşmənidir, necə ki, Adəm Əbul-bəşər tamah səbəbinə Beheştdən qovuldu.

3-Həsəd (başqalarından nemətlərin uzaqlaşmasını arzu etmək) və paxıllıq qaragünlüyə və bədbəxtliyə bais olar, həsəd səbəbinə Qabil qardaşı Habili qətlə yetirdi.


Mənbə:

“Tuhəful-uqul”, səh. 236; “Biharul-ənvar”, cild-75, səh. 111


Etiketlər :

Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti