Həzrət imam Zaman əleyhissəlamın imamətinin başlandığı gün

25 November 2024

23:52

۶۹۰

Xəbərin xülasəsi :
Hicri qəməri 1442-ci il rəbiul əvvəl ayının 9-u, miladi 2020-ci il oktyabrın 26-ı Yer üzündə Allah-taalanın sonuncu hüccəti, bəşəriyyətin xilas vericisi, mümkünat aləminin qütbü, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) sonuncu canişini, həzrət Fatimə və həzrət Əli (əleyhiməssəlam) övladlarından olan imamət və xilafət səmasının on ikinci parlaq ulduzu, zamanın imamı və rəhbəri, həzrət Hüccət ibn Həsən əleyhissəlamın imamət dövrünün başlandığı gün olaraq qeyd edilir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Zaman əleyhissəlamın imamət dövrünün başlandığı gün

Hicri qəməri 1442-ci il rəbiul əvvəl ayının 9-u, miladi 2020-ci il oktyabrın 26-ı Yer üzündə Allah-taalanın sonuncu hüccəti, bəşəriyyətin xilas vericisi, mümkünat aləminin qütbü, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) sonuncu canişini, həzrət Fatimə və həzrət Əli (əleyhiməssəlam) övladlarından olan imamət və xilafət səmasının on ikinci parlaq ulduzu, zamanın imamı və rəhbəri, həzrət Hüccət ibn Həsən əleyhissəlamın imamət dövrünün başlandığı gün olaraq qeyd edilir. Allah taala bəşəriyyəti bütün çətinliklər və sıxıntılardan xilas edən bu sevimli və əziz rəhbərin zühurunu tezləşdirsin! Bu şad və təntənəli gün münasibətilə Əhli-beyt (əleyhimussəlam) aşiqlərini səmimi təbrik edir və cümləliklə əziz imamın hüzuruna yetmək və onun göstərişlərinə əməl etmək nailiyyətini qazanmağı arzulayırıq, inşa Allah!

Həzrət imam Zaman əleyhissəlamın dürəfşan kəlamlarından

أمَّا الْحَوادِثُ الْواقِعَهُ فَارْجِعُوا فیها إلى رُواهِ حَدیثِنا (أحادیثِنا)، فَإنَّهُمْ حُجَّتی عَلَیْکُمْ وَ أنَا حُجَّهُ اللهِ عَلَیْکُمْ

Həyatda qarşıya gələn hər bir hadisə və çətinliklərin -ictimai, siyasi, ibadi, iqtisadi, hərbi, mədəni və s. həllində bizim hədislərimizi nəql edən alimlərə və fəqihlərə müraciət edin; onlar (İmamın) qeyb dövründə mənim sizə hüccətim və sübut-dəlilimdir, mən də Allah-taalanın onlara hüccət və sübut-dəliliyəm.

Mənbə: Biharul-ənvar, cild-75,  səh. 380, hədis-1


Etiketlər :

Həzrət imam Zaman əleyhissəlamın imamət dövrünün başlandığı gün