Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) ziyarətnaməsi
25 November 2024
08:45
۶۶۰
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir Rahmənir Rahim
Ziyarətnamənin tərcüməsi:
Salam olsun sənə, ey Allahın Rəsulunun qızı! Salam olsun sənə, ey Fatimə və Xədicənin qızı! Salam olsun sənə, ey Əmirəlmömininin qızı! Salam olsun sənə, ey Həsən və Hüseynin qızı! Salam olsun sənə, ey Allahın nümayəndəsinin qızı! Salam olsun sənə, ey Allahın nümayəndəsinin bacısı! Salam olsun sənə, ey Allahın nümayəndəsinin bibisi! Salam olsun sənə, ey Musa ibn Cəfərin qızı! Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun sənə! Allah bizimlə sizin aranızda behiştdə tanışlıq yaratsın, bizi sizin zümrənizdə məhşur etsin, bizi sizin Peyğəmbərinizin hovuzuna daxil etsin, babanızın camı və Əbu Talibin oğlu Əlinin əlilə sirab etsin. Allahın salamı olsun sizə! Allahdan istəyirəm ki, sizin fərəc və sevincinizi (imam Zamanın zühuru ilə) bizə göstərsin, bizi və sizi babanız Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) zümrəsində cəm etsin və sizin mərifətinizi bizdən almasın. Həqiqətən, O, ixtiyar sahibi və qüdrətlidir! Mən Allaha sizə məhəbbət bəsləmək, düşmənlərinizə nifrət etmək və Ona təslim olmaqla, Ondan razı qalıb heç nəyi inkar etmədən, heç vaxt təkəbbür göstərmədən həzrət Məhəmmədin gətirdiklərinə yəqin edib ondan razı qalmaqla Allahın dərgahına yaxınlaşıram. Bunları sənə yaxınlaşmaq üçün edirəm, ey sərvərim! İlahi, razılığını və axirət evini istəyirəm! Ey Fatimə, mənə behiştə daxil olmaqda şəfaətçi ol! Həqiqətən, sənin Allah dərgahında böyük məqamın var. İlahi, Səndən istəyirəm ki, mənim aqibətimi səadətlə xətm edəsən və hal-hazırda etiqad bəslədiyim imanı məndən almayasan! Uca və böyük Allahdan başqa heç bir güc və qüdrət yoxdur. İlahi, kərəmin, izzətin, rəhmətin və afiyətinə xatir bizim duamızı qəbul və rəva et. Allahın qəni-qəni salamı olsun Məhəmməd və onun Əhli-beytinə – onların hamısına! Ey mehribanların ən mehribanı!
İltimas dua
Mənbə:
“Məfatihul-cunan”, “Uca məqamlı imamzadələrin ziyarətləri” qismi.