Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin Möhsün Fəxrizadənin şəhadəti ilə bağlı bəyanı
26 November 2024
01:33
۴۹۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) atom enerjisi üzrə görkəmli alim Möhsün Fəxrizadənin şəhadəti ilə bağlı başsağlığı bəyanı
Tarix: 1399/9/8 şəmsi (28/11/2020 miladi)
Xəbərin xülasəsi:
Mühüm budur ki, Beynəlxalq təşkilatlar və hazırkı insan hüquqlarını müdafiə edən orqanlar bu terrorist hadisəsinə nəinki ciddi əksül-əməl göstərmirlər, əksinə böyük təəssüflə, belə qaniçən hakimlər üçün vasitəyə çevriliblər.
Bismilləhir-Rahmənir-Rahim
إنّا لله وإنّا إلیه راجعون
«منَ المُؤمِنينَ رِجالٌ صَدَقوا ما عاهَدُوا اللهَ عَلَيهِ فَمِنهُم مَن قَضىٰ نَحبَهُ وَمِنهُم مَن يَنتَظِرُ وَما بَدَّلوا تَبديلًا»
Cinayətkar Amerika əlaltılarının və Qüdsü işğal edən alçaq və qaniçən rejimin əli ilə baş verən mücahid atom enerjisi alimi, Doktor Möhsün Fəxrizadənin (Allah ona rəhmət etsin) şəhadəti, bu terrorist dövlətlərin xar-zəlil olmalarını təsdiq edən böyük sübutdur.
Mühüm budur ki, Beynəlxalq təşkilatlar və hazırkı insan hüquqlarını müdafiə edən orqanlar bu terrorist hadisəsinə nəinki ciddi əksül-əməl göstərmirlər, əksinə böyük təəssüflə, belə qaniçən hakimlər üçün vasitəyə çevriliblər.
Məlum olsun ki, dünyanın azad millətləri bütün vücud və qüdrətlərilə belə vəhşi və rəzil əməllər müqabilində öz nifrət və təəssüflərini bildirirlər.
Ümid olunur ki, bu şəhidlərin qanı tezliklə Qüdsü işğal edən rejimin məhv olmasına və terrorist Amerikanın tənbeh edilməsində təsirini göstərsin. Bu böyük şəxsiyyətin şəhadətini İmam Zamanın (Allah onun gəlişini tezləşdirsin) mübarək hüzuruna və əzəmətli rəhbərlik məqamına, müqavimət cəbhəsinin bütün mücahidlərinə, alimlərə, rəşadətli İran millətinə, Müdafiə Nazirliyindəki qardaşlara və mərhumun şərəfli ailə üzvlərinə təbrik və təsəlli ərz edirəm.
Muhəmmədcavad Fazil Lənkərani
1399/9/8 - (28/11/2020)