Həzrət Məsumə (əleyha salam) ilə bağlı bəyan
26 November 2024
00:54
۴۹۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir Rahmənir-Rahim
Həzrət Məsumə (əleyha salam) ilə bağlı bəyan
Xəbərin xülasəsi:
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Məsumə (əleyha salam) haqda və könüllü səfərbərlik həftəsi ilə bağlı bəyanı
5/9/1399 (25/11/2020 miladi)
Bismilləhir-Rahmənir-Rahim
Əlhəmdu lilləhi Rabbil aləmin və sallallahu əla səyyidina Muhəmmədin və alihit-tahirin
Həzrət Məsumə (əleyha salam) ilə bağlı bəyan
Sabah həzrət Məsumənin (əleyha salam) vəfatının ildönümü ilə müsadifdir.
Bir çox hadisələr kimi mümkündür (həzrətin) vəfat günü ilə bağlı tarixdə dəqiq və mötəbər bir sənəd ələ gəlməsin. Amma mərhum validim (Allah ruhunu şad etsin) buyurardı ki, hər halda bu əzəmətli xanım bir gün dünyaya gəlmiş və cavanlıq dövründə həmin Qum şəhərində rəhmətə getmişdir. O həzrətin Quma gəlməsi və pak məzarının burada yerləşməsi səbəbinə bütün bu bərəkətlərin şahidi olmuşuq. O cümlədən, hazırda dünya səthində şiə aləminin möhkəm sütunu olan əzəmətli din hövzəsi və bu hövzənin yetişdirdiyi olduqca böyük alimlər, fəqihlər, təfsirçilər, aliməqam tədqiqatçılar və şanlı İslam inqilabımız bu şərəfli qadının bərəkətinə və onun pak məzarı kənarında ona təvəssül etmək sayəsində yaranmışdır. Beləliklə, bu xanımın ehtiramına tarixdə bir günü onun təvəllüdü və bir günü də vəfatı olaraq qeydə almışlar.
Biz, din hövzəsi tələbələri olaraq, Həzrətə daha çox diqqət etməliyik. Bir tələbə gərək Məsum imamlarla (əleyhimussəlam), həmçinin onların tövsiyə etdiyi İmamzadələr ilə öz mənəvi rabitəsini gücləndirsin və onların ziyarətindən layiqli bəhrələnsin və mənəvi sahədə mümkün qədər qüvvət almağa çalışsın.
Əgər Məsum imamların (əleyhimussəlam) müqəddəs nuru və onların övladları ilə mənəvi əlaqədə olsaq, bu yüksəliş yolunu və elmi nailiyyətləri ötə bilərik. Qeyri halda şübhəsiz, süqut edəcəyik.
İnsanı qoruyan və onun öz qoruyucusu olduğunu hiss etdiyi mühüm məsələlərdən biri Məsum imamlar (əleyhimussəlam) və onların ziyarətidir.
Həzrət Məsumənin (əleyha salam) ziyarətini ümumi camaat da layiqlə dəyərləndirməlidir. O həzrətin təvəllüd və vəfat günlərinin təyin edilməsindən sonra şiə aləminin həzrət Məsuməyə (əleyha salam) diqqəti keçmişlə müqayisədə daha artmışdır. Bu olduqca böyük müvəffəqiyyətdir.
Xalq hər nə qədər bu müqəddəs insanla mənəvi rabitəsini artırsa, Allah-taalaya olan diqqəti də artacaqdır. Hərçənd cahil vəhhabilər və şiə düşmənləri bu məsələyə şirk deyir və onu şiələrə məxsus edirlər, lakin onlar anlamırlar ki, bu pak məzarları bizim ziyarət etməyimiz “tövhid” və təkallahlılığın güclənməsi üçündür.
Biz inanırıq ki, bu müqəddəs zatlarla rabitə yaratmaqla Allah-taalanı tanımaqda çox yüksək dərəcələrə nail ola bilərik. Heç bir şiə demir ki, gərək imamı pərəstiş edək, yaxud imam və imamzadə üçün (Allahın qüdrətindən kənar) müstəqil qüdrətə qail olaq. Əqidəmiz budur ki, onlar Allah dərgahına yaxınlaşmaq üçün vasitədirlər, Allah yanında onların xüsusi məqam və ehtiramı vardır. Onlar İlahi adlar və sifətlərin cilvəsidir, biz bu yol ilə Allah-taala yaxınlaşmaq istəyirik.
Məsum imamların (əleyhimussəlam) və hətta həzrət Məsumənin (əleyha salam) bərəkətləri ancaq şiələrə və müsəlmanlara yetmir, əslində bütün insanlara şamil olur, mənim özümün bu barədə bir sıra xatirələrim vardır ki, bəzi yerlərdə ərz etmişəm.
(ardı var)