Fatimei-Zəhra əleyhasəlamın vücudu ən böyük möcüzələrdən biridir
25 November 2024
22:10
۴۸۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Fatimei-Zəhra əleyhasəlamın vücudu ən böyük möcüzələrdən biridir
Həzrət Fatimei-Zəhra əleyhasəlamın haqqında Məsumlardan qeyrisinin danışması, ucsuz- bucaqsız bir gülüstan bağında yalnız tək bir gülü vəsf etməyə bənzəyir. Min dörd yüz ildən artıq onun cismani təvəllüdündən ötür, lakin bəşər hələ də onun həqiqətini dərk etməkdə acizdir. Əlbəttə, insafla desək, bu acizliyin bir səbəbi insanların qüsurudursa, digər cəhəti də Behişt xanımlarının sərvərinin vəsfəgəlməz məqam və fəzilətləridir.
Fatimei-Zəhra əleyhasəlamın vücudu ən böyük möcüzələrdən biridir. O, varlıq aləminin xilqətinin mehvəridir. Quran kərimin mübarək ayələri onun məqam və şəninin tövsifinə həsr edilir. Allah-taala onun vücudunu: “Olduqca böyük və əbədi xeyir-bərəkət”- adlandırıb, vücuduna iftixar edir. Peyğəmbər və Əhli-beyt (əleyhimussəlam) onun əzəmətində təriflər söyləyir. Zəhrai-Mərziyyə əleyhasəlam kamil insan və bütün fəzilətləri özündə toplayan tarixin bir nümunəsidir.
Həzrət Siddiqə əleyhasəlam risalət və imamət üzüyünün zümrüdüdür. Onun fədakarlığı sayəsində Allahın ən kamil dini tarixin dözülməz fırtınalarına müqavimət etmişdir. Doğrudur, İslam dini həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) risaləti ilə yaranmış, Seyyiduş-şuhədanın qiyamı ilə ehya olmuşdur. Lakin unutmayaq ki, Aşuranın kökü Səqifədə, həzrət Fatiməyə (əleyhasəlam) edilmiş zülmlərdədir. Demək, həzrət Fatiməni mütaliə etmədən, imam Huseyn məktəbinə üzv ola bilmərik. Fatimei-Zəhranı tanımadan, Aşuranı başa düşə bilmərik. Aşuranı da qavramadan İslam dininin hədəflərini dərk edə bilmərik, onun olduqca geniş maddi-mənəvi üfüqlərinə və tərəqqi zirvələrinə yüksələ bilmərik.