Mübarək rəcəb ayının birinci gününün əməlləri
05 July 2024
06:52
۴۵۲
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Mübarək rəcəb ayının birinci gününün əməlləri
Bu gün çox şərafətli
gündür və onda müstəhəb olan bir neçə əməl var;
1.
Oruc tutmaq, hədislərə əsasən, Nuh peyğəmbər bu gündə gəmiyə minib və onunla olanları
oruc tutmağa əmr edib. Hər kim bu günü oruc tutsa, cəhənnəm odu ondan bir il
uzaqlaşar.
2.
Qüsl almaq.
3.
İmam Hüseyni (əleyhissəlam) ziyarət etmək. Mərhum Kəfəmi yazır ki, Bəşir Dəhhan İmam Sadiqdən (ə) belə nəql edir, həzrət buyurdu: Hər kim Hüseyn ibn Əlini (əleyhiməssəlam) bu ayın əvvəli ziyarət etsə, şübhəsiz, Allah taala onu bağışlayar.
4.
İbni Tavusun “İqbal”da nəql etdiyi uzun duanı oxumaq.
5. Cənab Salmanın namazın qılmaq (Məfatihul-cinan kitabına müraciət edin).
Mənbə:
Məfatihul-cinan kitabı.