Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti

24 November 2024

03:31

۶۰۱

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-ci il, rəcəb ayının 3-ü, miladi 2021-ci il mart ayının 15-i məşhur nəzərə əsasən, həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadət günüdür. Bu böyük əza gününü o həzrətin əziz nəvəsi həzrət Sahib əz-Zaman əleyhissəlama təsəlli deyir və Əhli-Beyt əleyhimussəlamın həqiqi şiələrinə, eləcə də bütün haqsevən insanlara başsağlığı veririk
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti

Hicri-qəməri 1442-ci il, rəcəb ayının 3-ü, miladi 2021-ci il mart ayının 15-i məşhur nəzərə əsasən, həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadət günüdür. Bu böyük əza gününü o həzrətin əziz nəvəsi həzrət Sahib əz-Zaman əleyhissəlama təsəlli deyir və Əhli-Beyt əleyhimussəlamın həqiqi şiələrinə, eləcə də bütün haqsevən insanlara başsağlığı veririk. Ümid edirik Əhli-beyt aşiqləri o həzrətin ziyarətindən məhrum qalmasınlar və bu şəhadət günündə hüzn-kədərləri ilə Peyğəmbər və Ali Peyğəmbərə (sallallahu əleyhi və alih) təsəlli olsunlar, inşa Allah.

Həzrət Hadi əleyhissəlam buyurur:

مَنْ‏ هَانَتْ‏ عَلَيْهِ‏ نَفْسُهُ‏ فَلَا تَأْمَنْ‏ شَرَّه

“Öz şəxsiyyətini və ehtiramını dəyərsiz, nalayiq qiymətləndirən insanın 

şərrindən və fəsadından asudə və arxayın olma.”[1]

Başqa bir hədisdə həzrət buyurur:

خَيْرٌ مِنَ الْخَيْرِ فَاعِلُهُ وَ أَجْمَلُ مِنَ الْجَمِيلِ قَائِلُهُ وَ أَرْجَحُ مِنَ الْعِلْمِ حَامِلُهُ وَ شَرٌّ مِنَ الشَّرِّ جَالِبُهُ وَ أَهْوَلُ مِنَ الْهَوْلِ رَاكِبُهُ

Xeyir işdən daha yaxşısı onu edən insandır, gözəl kəlamdan daha gözəli onu deyəndir, elmdən daha üstünü elmin sahibidir, pis işdən daha pisi onu edəndir, vəhşətli işdən daha vəhşətlisi onu edəndir.[2]

 



Mənbə:

[1] Tuhəful-uqul, səh. 483.

[2] Biharul-ənvar, cild-75, səh. 370 




Etiketlər :

Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti