Rəcəb, istiğfar və bağışlanmaq ayı

25 November 2024

19:55

۵۹۴

Xəbərin xülasəsi :
Istiğfar etmək müxtəlif ifadələrlə mümkündür, o cümlədən, “əstəğfurullah” demək, ya “əstəğfurullahə və ətubu iləyh”, ya “əstəğfurullahə və Rabbi və ətubu iləyh” ve s. Həmcinin, öz dilimizdə Allahdan bağıislanmaq istəmək və etdiyimiz günahlardan peşmanlıq etmək olduqca lazımlı və təsirli tövbədir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Rəcəb, istiğfar və bağışlanmaq ayı

Mömin bacı-qardasların nezerine xatirladım ki, rəcəb ayında istiğfar etmək hədislərdə çox təkid olunur. Istiğfar etmək müxtəlif ifadələrlə mümkündür, o cümlədən, “əstəğfurullah” demək, ya “əstəğfurullahə və ətubu iləyh”, ya “əstəğfurullahə və Rabbi və ətubu iləyh” ve s. Həmcinin, öz dilimizdə Allahdan bağıislanmaq istəmək və etdiyimiz günahlardan peşmanlıq etmək olduqca lazımlı və təsirli tövbədir. Əlbəttə, məlumdur ki, hər bir peşmanlığın ardınca əməl baxımdan da tövbəyə uyğun rəftar olunsa, tövbənin qəbulunda daha təsirlidir. Məs; əgər müəyyən birinə qarşı pis rəftar edilibsə, Allahdan bağışlanmaq istəməklə bərabər, həmin şəxsin özündən də halallıq alınsa, çox yaxşıdır. Təbii ki, bu o halda yaxşıdır ki, halallıq istənilən insan buna hazır olsun və əksinə narahatlığı daha da artmasın. Narahatlığı arta bilən surətdə isə, ondan halallıq almaq əvəzinə, onun tərəfindən sədəqə vermək, haqqında dua etmək, dostlar arasında onun yaxşılığını yad etmək və s. daha münasibdir. Lakin hər kiçik ehtimal üzündən halallıq almağı təxirə salmaq da düz deyil, yəni əgər halallıq istədikdə qarşı tərəf bir az narahat olub sonra rahatlıq taparsa, bunu heç də təxirə salmaq düz deyil.

Bir incəliyi də xatırladıram, o budur ki, rəcəb ayının məşhur duasını xüsusən namazdan sonra unutmayın. Çünki bu duanın məzmunu həm Allah dərgahına üz tutub hacət istəmək, həm də bağışlanmaq istəməyi ehtiva edir. Bu duanı əzbərdən bilməyənlər telefonda onun səslə oxunuşunu və yazı ilə tərcüməsini mülahizə etsələr və namazdan sonra telefon vasitəsilə səsləndirib onunla səslə birgə zəmzəmə etsələr çox müsbət nəticə alar və bu bərəkətli ayda həm dua, həm istiğfar etmiş olar, həm də ərəb dilində duanı yaxsı hifz edər və bir neçə dəfədən sonra telefonsuz da duanı əzbərdən oxuya bilərlər.

"Ya mən ərcuhu likulli xəyr..." Bütün xeyirlər və yaxşılıqlar Allah tərəfindəndir, hər kes yaxşılıq arzu edirsə və aqibətinin gözəl olmasını istəyirsə Ona tərəf getməlidir və Ondan diləməlidir... "Hərrim şəybəti ələnnar..." Ilahi və Rabbi bu gunahkar bəndənin günahlarını bağışla və onu cəhənnəm odundan uzaq et... Hamınıza bərəkətli uzun ömür arzulayırıq.

Vəssəlamu aleykum və rahmətullah və bərakətuh.

 

Etiketlər :

Rəcəb istiğfar və bağışlanmaq ayı