Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu

24 November 2024

02:09

۴۸۳

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-ci il rəcəb ayının 13-ü, miladi 2021-ci il, fevral ayının 25-i, Allahın sevimlisi, Peyğəmbərin (sallallahu əleyhi və alih) bərhəqq canişini, Vəsilərin seyyidi, elmin şəhəri, dinin qoruqçusu, siddiqe əkbər, faruqe əzəm, müvəhhidlərin mövlası, müttəqilərin imamı, ədalət nümunəsi həzrət Əmirəl-möminin Əli ibn Əbi talib əleyhissəlamın mövlud günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu

Hicri-qəməri 1442-ci il rəcəb ayının 13-ü, miladi 2021-ci il, fevral ayının 25-i, Allahın sevimlisi, Peyğəmbərin (sallallahu əleyhi və alih) bərhəqq canişini, Vəsilərin seyyidi, elmin şəhəri, dinin qoruqçusu, siddiqe əkbər, faruqe əzəm, müvəhhidlərin mövlası, müttəqilərin imamı, ədalət nümunəsi həzrət Əmirəl-möminin Əli ibn Əbi talib əleyhissəlamın mövlud günüdür. Bu əzəmətli və şərəfli münasibətlə ilk növbədə Allah-təalanın sonuncu hüccəti həzrət İmam Sahib Zaman əleyhissəlama, eləcə də bütün ədalətsevər millətlərə, xüsusən əziz mömin bacı-qardaşlarımıza təbrik və gözünüz aydın olsun deyirik. Arzu edirik Allah-təala bizlərə Əlini (əleyhissəlam) sevənlər sırasında yer versin və günü-gündən qəlbimizdə Əhli-beytin (əleyhimussəlam) məhəbbətin artırsın. Amin ya Rəbbəl-aləmin!

Həzrət imam Sadiq əleyhissəlamdan Əmirəl-möminin (əleyhissəlam) barəsində olan dərin məzmunlu və etibarlı bir hədisi xidmətinizə təqdim edirəm, əgər ömür tapsam bir gün bu hədisin şərhini də ərz edərəm. Həzrət Sadiq əleyhissəlam buyurur:

 أَ لاَ أُخْبِرُكُمْ بِالْفَقِيهِ حَقِّ اَلْفَقِيهِ مَنْ لَمْ يُقَنِّطِ اَلنَّاسَ مِنْ رَحْمَةِ اَللَّهِ وَ لَمْ يُؤْمِنْهُمْ مِنْ عَذَابِ اَللَّهِ وَ لَمْ يُرَخِّصْ لَهُمْ فِي مَعَاصِي اَللَّهِ وَ لَمْ يَتْرُكِ اَلْقُرْآنَ رَغْبَةً عَنْهُ إِلَى غَيْرِهِ أَلاَ لاَ خَيْرَ فِي عِلْمٍ لَيْسَ فِيهِ تَفَهُّمٌ أَلاَ لاَ خَيْرَ فِي قِرَاءَةٍ لَيْسَ فِيهَا تَدَبُّرٌ أَلاَ لاَ خَيْرَ فِي عِبَادَةٍ لاَ فِقْهَ فِيهَا أَلاَ لاَ خَيْرَ فِي نُسُكٍ لاَ وَرَعَ فِيهِ 

Həzrət Əmirəl-möminin (əleyhissəlam) buyurdu: İstəmirsinizmi, həqiqi fəqihin və elm sahibinin kim olduğu barədə sizə xəbər verim?! O kəsdir ki, xalqı Allahın rəhmət və mərhəmətindən naümid etməz; Allahın əzabından amanda qalmalarına təzminat verməz; onlara günah etməkdə rüxsətili (ixtiyarlı) olmalarını deməz; Qurandan qeyrisinə rəğbət və təvəccöh göstərməklə Quranın buyurduqlarını tərk etməz. Agah olun! Anlaşma olmayan elmdə xeyir yoxdur; Düşünüb (haqqı batildən) ayırd etmək olmasa, oxumaqda xeyir yoxdur; Təfəkkür və dərk olmadan Allahpərəstlikdə xeyir yoxdur; Günahdan uzaq olub pisliklərdən qorunma olmazsa, ibadətin xeyri yoxdur.

Mənbə: Əl-Kafi, cild-1, səh. 36
 



Etiketlər :

Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu