Müqəddəs şəban ayının gəlişi

25 November 2024

18:28

۴۲۶

Xəbərin xülasəsi :
Şəban ayı şərafətli aydır, o, mənim ayımdır. Ərşi həml edən mələklər bu ayın məqamını tanıyırlar və onu uca sanırlar. Bu ayda, ramazan ayında olduğu kimi bəndələrin ruzisi artar, Behişt zinətlənib bəzənər. Bu ay şəban adlanıb, ona görə ki, bu ayda möminlərin rizq-ruzisi təqsim edilər. Bu ayda insanın əməli neçə bərabər edilər və gözəl əməlin yetmiş səmərəsi olar
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Müqəddəs şəban ayının gəlişi

Mübarək şəban ayı ilin ən şərafətli günlərindən sayılır. Bu ayda müxtəlif ibadət növlərinin icrasına çox tövsiyə edilmişdir. Belə ki, ibadət nəticəsində insanın ruhu və cismi aludəliklərdən təmizlənər və mübarək ramazan ayında pak-pakizə Allahın ziyafətinə daxil olar. Bir sıra dini mənbələrdə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) illərin birində bu ayın gəlişi münasibətilə xütbə söyləmiş və şəban ayının şərafətini xalqa tanıtmışdır.

Biharul-ənvar kitabında bu xütbənin bəzi hissələrində belə deyilir:

“...Şəban ayı şərafətli aydır, o, mənim ayımdır. Ərşi həml edən mələklər bu ayın məqamını tanıyırlar və onu uca sanırlar. Bu ayda, ramazan ayında olduğu kimi bəndələrin ruzisi artar, Behişt zinətlənib bəzənər. Bu ay şəban adlanıb, ona görə ki, bu ayda möminlərin rizq-ruzisi təqsim edilər. Bu ayda insanın əməli neçə bərabər edilər və gözəl əməlin yetmiş səmərəsi olar.”

“Vəsailuş-şiə” kitabında gələn hədisə əsasən, şəban ayı elə bir aydır ki, “onun hər cümə axşamı göylər zinətlə bəzənər, mələklər duaya məşğul olar və deyərlər: Ya Rəbb! Bu günlər oruc tutanları bağışla, onların duaların icabət buyur. Hər kəs şəban ayının ilk günü iki rəkət namaz qılsa və hər rəkətdə bir dəfə Fatihə surəsin və yüz dəfə Tövhid surəsin oxusa və namazdan sonra yüz dəfə salavat desə, Allah-taala onun bütün dini və dünyəvi hacətlərin icabət edər.”

Amma şəban ayının günləri və gecələri arasında bu ayın on beşinin gecəsi həzrət Vəliyyi-Əsr Məhdi Sahib əz-Zamanın (Allah onun zühurunu tezləşdirsin) təvəllüd gecəsidi və bu gecə xüsusi şərafətə malikdir.

“Biharul-ənvar” kitabında bu gecənin əhəmiyyəti həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) tərəfindən belə bəyan edilir: “Mən şəbanın on beşi gecəsi yatmışdım. Cəbrail yanıma gəlib, dedi: Ey Muhəmməd bu gecədə yatırsan? Dedim: Bu hansı gecədir ki? Cəbrail dedi: Bu şəbanın on beşi gecəsidir. Ey Muhəmməd! Ayağa qalx! Sonra məni yataqdan durğuzdu və Bəqiyə aparıb, dedi: Başını qaldır və göyə tamaşa et. Bu gecədə göylərin qapıları, İlahinin rəhmət və rizayət qapısı açıqdır... Ey Muhəmməd! Hər kəs bu gecəni sübhə qədər təkbir, təsbih, dua, namaz, Quran qiraəti, istiğfar və müstəhəbbi əməllərə məşğul olsa, Behiş onun mənzili və aramgahı olar.”

Həmçinin, “Vəsailuş-şiə”, “Biharul-ənvar” və “Misbahul-mutəhəccəd” kitablarında şəban ayının fəzilətləri haqda belə qeyd edilir: Allah-taala Öz müqəddəs zatına and içir ki, bu ayda hər kəs Ona pənah aparsa və Ondan arzu istəsə, o şəxsi Öz rəhmətindən məhrum etməz.”

İnşa Allah mömin bacı-qardaşlar bu ayda öz ruhları və cisimlərini paklayıb müqəddəs ramazan ayına layiqli şəkildə hazırlaşa bilsinlər.

İltimas dua!


Etiketlər :

Müqəddəs şəban ayının gəlişi