Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü
24 November 2024
09:02
۵۹۴
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri 1442-ci il Şəban ayının 4-ü, miladi 2021-ci il martın 18-i
həzrət imam Huseynin (əleyhissəlam) Kərbəla vaqiəsində döyüşçülərinin sərkərdəsi
və ələmdari olan həzrət Qəməri Bəni Haşim Əbul-Fəzlil Abbas əleyhissəlamın təvəllüd
günüdür.[1] Bu gözəl və sevindirici
gün ilə əlaqədar öncə Allah-təalanın yer üzərindəki sonuncu hüccəti mövlamız həzrət
Sahib Zamana (əccələllahu təala fərəcəhuş-şərif), eləcə də mömin bacı və qardaşlara
təbrik deyirik. Arzu edirik bütün müsəlmanlar bu günün mövludu kimi dini və
ictimai həyatlarında həmişə Allah-təalaya, Qurani-kərimə və müqəddəs din rəhbərlərinə
itaətkar və vəfalı olsunlar və İlahi əmrlərin yerinə yetirilməsini hər bir şəxsi
əməldən üstün və irəli bilsinlər.
O Həzrətin məşhur adı həzrət
Əbbasdır (əleyhissəlam) və eləcə də Əbul-Fəzl, Əbul-qərəbə, Qəməri Bəni Haşim,
Babul-həvaic, Əbdu Saleyh və Səqqa da adlandırmışlar.[2]
Əziz atası həzrət
Əmirul-möminin əleyhissəlam və möhtərəm anası Ummul-Bənin Fatimə bint Hizam
Kilabiyyə (əleyhasəlam) olmuşdur. O Həzrət gözəl simalı olduğu üçün ona Qəməri
Bəni-Haşim ləqəbi vermişlər. Uca boylu, güclü qolu var idi, atın belinə oturarkən
dizləri atın boynuna qədər çatıardı. Şücaətində həzrət imam Həsən və imam
Huseyndən (əleyhiməssəlam) sonra həzrət Əmirul-möminin Əlinin uşaqlarının
arasında ən irəlidə dururdu. O Həzrət ordunun başçısı və Kərbəla məzlumunun ələmdarı
idi.[3]
[3] “Vəqayeul-Əyyam, səh. 422