Həzrət Xədicəi-Kubranın (əleyhasəlam) vəfatı

23 November 2024

23:08

۴۴۰

Xəbərin xülasəsi :
Hicri qəməri 1442-cı il ramazan ayının 10-u, miladi 2021-ci il aprel ayının 23-ü həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) sevimli və vəfalı həyat yoldaşı, Fatimei-Zəhranın (əleyhasəlam) əziz anası, Haşimi qəbiləsinin himayədarı xanım Xədicəi-Kubranın (əleyhasəlam) vəfatının ildönümüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Xədicəi-Kubranın (əleyhasəlam) vəfatı

Hicri qəməri 1442-cı il ramazan ayının 10-u, miladi 2021-ci il aprel ayının 23-ü həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) sevimli və vəfalı həyat yoldaşı, Fatimei-Zəhranın (əleyhasəlam) əziz anası, Haşimi qəbiləsinin himayədarı xanım Xədicəi-Kubranın (əleyhasəlam) vəfatının ildönümüdür.

Xanım Fatiməi-Zəhranın istəkli anası həzrət Xədicə (əleyhasəlam) Peyəmbər-əkrəmin (sallallahu əleyhi və alih) həyatının ən çətin dövründə yaşamış və vəsfedilməz fədakarlıqları ilə Peyğəmbərin həmdəmi və o Həzrətin ağır günlərinə şərik olmuşdur. Həzrət Xədicənin (əleyhasəlam) maddi baxımdan Məkkə şəhərinin ən imkanlı şəxslərindən olması səbəbinə cahiliyyət dövründə müşriklərin Peyğəmbərə qarşı ən sərt və dözülməz təzyiqlərinin dəf edilməsində bu əzəmətli qadının son dərəcə böyük rolu olmuşdur.

Tarix yazanlar qeyd etmişlər ki, müşriklərin Haşimi tayfasını iqtisadi mühasirəyə almaqla onları təslim olmağa məcbur etdikləri dözülməz çətin illərdə məhz bu şəxsiyyətin maddi imkanları Peyğəmbər tayfasının köməyinə çatmış və onların böyük təzyiqlərə qarşı davam gətirməsinə səbəb olmuşdur.

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) islamın qələbəsindən sonra bu şərəfli xanımı daimən yada salmış və onun xatirəsini əzizləmişdir. Həzrət Xədicə (əleyhasəlam) xanım Zəhranın (əleyhasəlam) anası olduğu baxımdan həqiqətdə on bir məsum imamın anası, bəzən də həzrət Əlini (əleyhissəlam) öz evində saxlayıb tərbiyə etməsi nəzərdən bu uca məqamlı qadını on iki məsum imamın anası kimi də tanıyırlar. Bir sözlə həzrət Xədicəi-Kubranın (əleyhasəlam) Rəsuləllah (sallallahu əleyhi və alih) və Əhli-Beyt (əleyhimussəlam) ilə bağlılığı və İslam dininin nailiyyətlərində olan böyük fədakarlıqları səbəbinə bu şərəfli qadını “Ümmətin anası” adlandırmaq doğrudur.

Həzrət Xədicəi-Kubranın (əleyha səlam) vəfatından illər ötdükdən sonra Rəsuləllah (sallallahu əleyhi və alih) müşrüklər müqabilində tam qələbəyə yetmiş və məntəqədə islam dini və təkallahlılıq qəbul edilmişdir. Lakin həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) həmişə Xanım Xədicəni (əleyha səlam) xatırlamış və onun firağında göz yaşları tökmüşdür.

Beləliklə, bu böyük müsibət munasibəti ilə ilk növbədə həzrət imam Sahib əz-Zamana (əleyhissəlam) sonra isə bütün mömin bacı və qardaşlara təsəlli deyir və Əhli-beytin (əleyhimussəlam) kədər və qəminə şərik oluruq.

İltimas dua




Etiketlər :

Həzrət Xədicəi-Kubranın (əleyhasəlam) vəfatı