Ramazan ayının Qədr gecələrində olan əməllər

24 November 2024

00:34

۴۶۹

Xəbərin xülasəsi :
Qədr gecəsi elə bir gecədir ki, bütün il boyu heç bir gecə onun fəziləti və yaxşılığına çata bilməz. O gecədə (yaxşı) əməl yerinə yetirmək min ayın yaxşı əməlindən üstündür. O gecədə bir ilin işləri müəyyənləşir. Mələklər ən böyük mələk Ruhla (həzrət Cəbrailla) birlikdə Allahın izni ilə yerə enirlər və İmam Zamanın (əleyhissəlam) xidmətinə gedirlər. Hər bir şəxsin müəyyən olmuş işləri imama həvalə edirlər
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının Qədr gecələrində olan əməllər

On doqquzuncu gecə

Qədr gecələrinin birincisidir. Qədr gecəsi elə bir gecədir ki, bütün il boyu heç bir gecə onun fəziləti və yaxşılığına çata bilməz. O gecədə (yaxşı) əməl yerinə yetirmək min ayın yaxşı əməlindən üstündür. O gecədə bir ilin işləri müəyyənləşir. Mələklər ən böyük mələk Ruhla (həzrət Cəbrailla) birlikdə Allahın izni ilə yerə enirlər və İmam Zamanınleyhissəlam) xidmətinə gedirlər. Hər bir şəxsin müəyyən olmuş işləri imama həvalə edirlər. Qədr gecələrinin əməlləri iki hissəyə bölünmüşlər. Birincisi, hər üç gecədə yerinə yetirilən əməllər, ikincisi, hər gecəyə məxsus olan əməllər.

Birinci: Hər üç gecədə olan əməllər

Bu əməllər bir necə hissədən ibarətdir:

1. Qüsül almaq. Əllamə Məclisi buyurmuşdur: “Bu gecənin qüsüllərini günbatan vaxtı almaq daha yaxşıdır ki, şam namazını qüsüllə yerinə yetirsin.

2. İki rükət namazdır. Hər rükətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsini oxusun və qurtardıqdan sonra yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” -desin. Peyğəmbər (ə)-in hədisində deyilir ki, yerindən ayağa qalxmamış (bu insanın) özü və ata-anası Allah taala tərəfindən bağışlanar...

3. Quranı açıb qarşınızda tutub deyin:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ

Əllahummə inni əs`əlukə bi­ki­tabikəl munzəli və ma fih, və fihismukəl əkbəru və əs­mau­kəl husna, və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə mi­nən nar.

İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, cəhənnəm əzabından xilas etdiyin kəslərdən olam.

Sonra öz hacətlərini istə.

4. Quranı götürüb başınıza qoyub deyin:

اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ

Əllahummə bihəqqi hazəl Qur`an, və bihəqqi mə ər­səl­təhu bih, və bihəqqi kulli mu`­minin mədəhtəhu fih, və bi­həq­qikə ələyhim fəla əhə­də ə`rəfu bihəqqikə mink.

İlahi, Sənə and verirəm bu Quranın haqqını, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqını, Quranda təriflədiyin bütün möminlərin haqqını və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqını!

Sonra on dəfə de:

بِكَ يَا اللَّهُ

Bikə ya Əllahu

Ey Allah, Öz zatına xatir;

On dəfə de:

بِمُحَمَّدٍ

Bi Muhəmmədin

Həzrət Məhəmmədə (salavatullahi aleyhi) xatir;

On dəfə de:

بِعَلِيٍّ

Bi Əliyyin

Həzrət Əliyə (əleyhissəlam) xatir;

On dəfə de:

بِفَاطِمَةَ

Bi Fatimətə

Həzrət Fatiməyə (salavatullahi əleyh) xatir;

On dəfə de:

بِالْحَسَنِ

Bil Həsəni

Həzrət Həsənə (əleyhissəlam) xatir;

On dəfə de:

بِالْحُسَيْنِ

Bil Husəyni

Həzrət Hüseynə (əleyhiməssəlam) xatir;

On dəfə de:

بِعَلِيِّ بْنِ الْحُسَيْنِ

Bi Əliyyibnil Husəyni

Həzrət Əli ibn Hüseynə (əleyhiməssəlam) xatir;

On dəfə de:

بِمُحَمَّدِ بْنِ عَلِيٍّ

Bi Muhəmmədibni Əliyyin

Həzrət Məhəmməd ibn Əliyə (əleyhiməssəlam) xatir;

On dəfə de:

بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ

Bi Cə`fəribni Muhəmmədin

Həzrət Cəfər ibn Məhəmmədə (əleyhiməssəlam) xatir;

On dəfə de:

بِمُوسَى بْنِ جَعْفَرٍ

Bi Musəbni Cə`fərin

Həzrət Musa ibn Cəfərə (əleyhiməssəlam) xatir;

On dəfə de:

بِعَلِيِّ بْنِ مُوسَى

Bi Əliyyibni Musa

Həzrət Əli ibn Musaya (əleyhiməssəlam) xatir;

On dəfə de:

بِمُحَمَّدِ بْنِ عَلِيٍّ

Bi Muhəmmədibni Əliyyin

Həzrət Məhəmməd ibn Əliyə (əleyhiməssəlam) xatir;

On dəfə de:

بِعَلِيِّ بْنِ مُحَمَّدٍ

Bi Əliyyibni Muhəmmədin

Həzrət Əli ibn Məhəmmədə (əleyhiməssəlam) xatir;

On dəfə de:

بِالْحَسَنِ بْنِ عَلِيٍّ

Bil Həsənibni Əliyyin

Həzrət Həsən ibn Əliyə (əleyhiməssəlam) xatir;

On dəfə de:

بِالْحُجَّةِ

Bil Huccəti

Həzrət Höccətə (əleyhissəlam) xatir;

Sonra öz hacətlərini istəyirsən

5. İmam Hüseyni (əleyhissəlam) ziyarət etmək. Hədisdə belə deyilir; Qədr gecəsi yetişdikdə yeddinci səmadan carçı qışqırır ki, Allah taala hər kim İmam Hüseyni (əleyhissəlam) ziyarətinə gəlib onların günahlarını bağışlayar.

6. Bu gecələri ehya saxlamaq (oyaq qalmaq). Nəql olunur ki, hər kim Qədr gecələrini ehya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar.


İltimas dua



Etiketlər :

Ramazan ayının Qədr gecələrində olan əməllər