Şəvval ayının birinci gecəsinin əməlləri
25 November 2024
11:14
۴۷۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Bu gecə çox şərafətli gecələrdən biridir. Onda ibadətin fəziləti, savabı və oyaq qalmaq haqda çoxlu hədislər nəql olmuşdur. Rəvayətdə deyilir ki, o, heç də Qədr gecəsindən geri qalmır. Onda bir neçə əməl vardır:
1. Gün batdıqdan sonra qüsl almaq.
2. Bu gecəni namaz, oruc, istiğfar və Allahdan diləməklə oyaq qalmaq və məsciddə gecələmək.
اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ وَ لِلَّهِ الْحَمْدُ الْحَمْدُ لِلَّهِ عَلَى مَا هَدَانَا وَ لَهُ الشُّكْرُ عَلَى مَا أَوْلانَا
Əllahu əkbəru Əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, Əllahu əkbəru və lillahil həmd, əlhəmdu lillahi əla ma hədana və ləhuş şukru əla ma əvlana.
Allah böyükdür. Allah böyükdür. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Həmd olsun o Allaha ki, bizi hidayət etdi. Bizə bağışladığına görə şükür olsun Ona!
4. Məğrib namazını və onun nafiləsini qıldıqdan sonra əllərini göyə qaldırıb desin:Ya zəl mənni vət təvl, ya zəl cud, ya mustəfiyə Muhəmmədin və nasirəh, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəğfir li kullə zənbin əhsəytəh, və huvə indəkə fi kitabin mubin.
Ey nemət və mərhəmət sahibi, ey bəxşiş sahibi, ey Məhəmmədi bəyənib seçən və Onun yardımçısı! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mənim saydığın və yanındakı aydın kitabında qeydə alınan bütün günahlarımı bağışla!
Sonra səcdəyə gedib səcdədə yüz dəfə: “Ətubu iləllah”- desin. Sonra hacətlərin Allahdan istəsin. İnşaallah, Allah taala tezliklə rəva edər.
Ya zəl həvli ya zət təvl, ya mustəfiyən Muhəmmədən və nasirəh, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəğfir li kullə zənbin əznəbtuhu və nəsituhu əna, və huvə indəkə fi kitabin mubin.
Ey qüdrət sahibi, ey bəxşiş sahibi, ey Məhəmmədi bəyənib seçən və Onun yardımçısı! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, yerinə yetirdiyim və unutduğum, yanındakı aydın kitabda qeydə alınan bütün günahlarımı bağışla!
Sonra yüz dəfə: “Ətubu iləyh”- desin.
5. İmam Hüseyn əleyhissalamı ziyarət etmək. Çoxlu savaba malikdir.
6. On dəfə: “Ya daiməl fəzl” – duasını demək. (Cümə gününün əməllərində deyilib)
7. Ramazan ayının axırıncı gecəsində nəql olunan on rükət namazı qılmaq.
Ya zəl mənni vəl cud, ya zəl mənni vət təvl, ya mustəfiyə Muhəmmədin səlləllahu ələyhi və alih, səlli əla Muhəmmədin və alih, vəf`əl bi kəza və kəza.
Ey nemət və bəxşiş sahibi, ey nemət və mərhəmət sahibi, ey Məhəmmədi bəyənib seçən, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və mənim hacətlərimi yerinə yetir!...
Kəza və kəza sözlərinin yerinə öz hacətlərini istə. Hədisdə deyilir ki, Əmirəl-möminin Əli əleyhissalam bu iki rükət namazı elə bu qaydada yerinə yetirərdi və elə ki, başını səcdədən qaldırardı, belə buyurardı: “And olsun, mənim canım onun qüdrəti əlində olan Allaha ki, hər kim bu namazı qıla və öz hacətlərini istəyə, Allah taala mütləq verər, əgər günahları səhranın qumlanın sayı qədər olsa belə bağışlayar.
İltimas dua