Bəqi qəbiristanında müqəddəs məzarların dağıdılması

23 November 2024

20:27

۴۸۰

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-ci il, şəvval ayının 8-i, miladi 2021-ci il may ayının 20-i Əhli-beytin (əleyhimussəlam) dörd məsum imamının Mədinənin Bəqi qəbiristanında müqəddəs məzarlarının, eləcə də Uhud qəbiristanında həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) müdafiəçilərinin sərkərdəsi “seyyiduş-şuhəda” adlanan möhtərəm əmisi həzrət Həmzənin (əleyhissəlam) müqəddəs məzarının vəhşi, mütəəssib və avam vəhhabilər tərəfindən dağıdılması ildönümüdür.
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Bəqi qəbiristanında müqəddəs məzarların dağıdılması

Hicri-qəməri 1442-ci il, şəvval ayının 8-i, miladi 2021-ci il may ayının 20-i Əhli-beytin (əleyhimussəlam) dörd məsum imamının Mədinənin Bəqi qəbiristanında müqəddəs məzarlarının, eləcə də Uhud qəbiristanında həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) müdafiəçilərinin sərkərdəsi “seyyiduş-şuhəda” adlanan möhtərəm əmisi həzrət Həmzənin (əleyhissəlam) müqəddəs məzarının vəhşi, mütəəssib və avam vəhhabilər tərəfindən dağıdılması ildönümüdür. Bu ürəkyandıran və qüssəli gün münasibəti ilə bütün qeyrətli müsəlmanlara başsağlığı deyir və mütərəqqi Əhli-beyt (əleyhimussəlam) məktəbi və haqq din tərəfdarlarının məzlumiyyəti barəsində möminlərin daha artıq agahlıq əldə etmələrini arzulayırıq.

Hicri-qəməri 1344 –cü il şəvval ayının 8-i Bəqi və Uhud qəbiristanlığında milyonlarla Əhli-beyt (əleyhimussəlam) aşiqlərinin ziyarət etdikləri Məsum imamların (əleyhimussəlam) və həzrət Həmzənin (əleyhissəlam) müqəddəs qəbirləri daşürəkli vəhhabilər tərəfindən vəhşicəsinə dağıdılmışdır. Özlərini dindar sayan bu geri qalmış tayfanın müqəddəs qəbirləri dağıtmaları səbəbləri yollarını azmış vəhhabilərin puç əqidələrinin rədd edilməsi ilə əlaqədar yazılmış müxtəlif kitablarda qeyd edilmişdir.

Həqiqətdə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) tarixdə həkk olunmuş bütün nişanələrini aradan aparmaq niyyətində olan qapalı və kor vəhhabilər Məsumların (əleyhimussəlam) müqəddəs qəbirləri ilə yanaşı bir sıra şəxsiyyətlərin də qəbirlərini dağıtmışlar. Aşağıda qeyd edilən o şəxslər ibarətdirlər:

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) şəxsən namazını qılıb dəfn etdiyi Əmirəl-möminin Əli əleyhissəlamın əziz anası Fatimə bint Əsədin müqəddəs məzarı, Kərbəla vaqiəsində dörd rəşadətli oğlunu həzrət Huseyn ibn Əlinin (əleyhimussəlam) yolunda qurban verən həzrət Ummul-Bənin (əleyhasəlam) xanımın müqəddəs məzarı, kiçik yaşlarında dünyasını dəyişən həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) oğlu İbrahimin qəbri, həzrət imam Sadiqin (əleyhissəlam) oğlu cənab İsmailin qəbri, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz qızlarının qəbirləri, həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) süd verən dayə xanım Həlimə Sədiyyənin qəbri, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) həyatı ərəfəsində Allah yolunda və İslam dininin qorunması üçün canlarını qurban verən müqəddəs şəhidləri qəbirləri və s.

Mütəəssib vəhhabilər hicri 1343-cü ildə müqəddəs Məkkə şəhərində həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) babası həzrət Əbdul-Müttəlibin, hörmətli əmisi Əbu Talibin, Qurani-kərimin “möminlərin anası” adlandırdığı əziz xanımının qəbirlərini, həmçinin, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) dünyaya gəldikləri evləri dağıdıb yerlə yeksan etmiş və Ciddə şəhərində həzrət Adəm peyğəmbərin zamanından saxlanmış anamız Həvva xanımın müqəddəs qəbrini və başqa qəbirləri və tarixi abidələri –dini əqidələr və inanclara uyğun olmamaq bəhanəsi altında – vəhşicəsinə dağıtmışlar. Məhz vəhhabilərin belə təfəkkürləri nəticəsində hazırda İŞİD terroristləri tərəmiş və müqəddəs İslam dinini bütün dünyada vəhşi və yırtıcı din kimi tanıtmışlar.

Onlar müqəddəs Mədinə şəhərində bütün müsəlmanların ən böyük ziyarəti olan həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) şərəfli məzarının günbədini top atəşinə tutmuşlar, lakin bir sıra müsəlman ölkələrin hədə-qorxusundan sonra müsəlmanların qorxusundan şərafətli qəbrin dağıdılmasından çəkinmişlər. Buna baxmayaraq o zamandan indiyə qədər vəhhabi muftilərinin həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) müqəddəs qəbrini dağıtmaq arzuları açıq-aşkar olaraq mətbuatda dərc edilir.

İfratçı və geridə qalmış vəhhabilər Bəqi qəbiristanlığında Məsumların (əleyhimussəlam) müqəddəs məzarlarını dağıtdıqdan sonra orada olan qiymətli və dəyərli əşyaları haqsızlıqla mənimsəmiş və həmçinin həzrət Həmzə əleyhissəlamın və həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz ana və atasının – həzrət Abdullah və Aminənin – qəbirlərini yerlə yeksan etmişlər.

Bu vəhşi və yırtıcı tayfa həmin ildə müqəddəs Kərbəla şəhərinə hücum etmiş, həzrət İmam Huseyn əleyhissəlamın müqəddəs məzarının üzərində düzəldilmiş zərihi yerindən qoparmış, əsasən padşahlar və sultanlar tərəfindən bu müqəddəs məkana hədiyyə olunmuş son dərəcə qiymətli və nəfis sənət əşyalarını qarət edib yəğmayə aparmışlar. Kərbəla şəhərində və müqəddəs məzara sığınmış 7 minə yaxın alim, seyyid və fəzilət sahiblərini qətlə yetirməklə bu şəhərin küçə və bazarında günahsız insanların qanını su kimi axıtmışlar.

Vəhhabi vəhşiləri müqəddəs Kərbəlanı qarət edib müsəlmanları qətlə yetirdikdən sonra Nəcəfi-əşrəfə üz tutmuşlar, lakin orada müsəlmanların müqaviməti ilə üzləşmiş və şəhər əhlini qarət etməyə nail olmadan məğlubiyyətlə üzləşərək oradan geri dönmüşlər.[1]

Burada qeyd olunan tarixi hadisələr vəhşi vəhhabilərin tarixdə törətdikləri yalnız kiçik bir səhifədir. Odur ki, bu amansız və qarətgər dinsizlərin tarixi ilə daha geniş surətdə tanış olmaq üçün onların tarixini ətraflı şəkildə qeydə alan mötəbər kitabları mütaliə etməyi mömin bacı-qardaşlara tövsiyə edirik.

Müsəlman aləminin qatı düşmənlərinə nifrət edərək onların məhv olmaları ümidi ilə!




[1] Kəşful-irtiyab, səh. 77; Şuhədai-fəzilət, səh. 388.



Etiketlər :

Bəqi qəbiristanında müqəddəs məzarların dağıdılması