Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günü

23 November 2024

20:38

۴۸۰

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-cı il şəvval ayının 25-i imamət və xilafət səmasının parlaq ulduzu Peyğəmbər (sallallahu əleyhi və alih) canişinlərinin altıncısı həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günü

Hicri-qəməri 1442-cı il şəvval ayının 25-i imamət və xilafət səmasının parlaq ulduzu Peyğəmbər (sallallahu əleyhi və alih) canişinlərinin altıncısı həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın şəhadət günüdür. Bu əzəmətli müsibəti ilk növbədə zamanın imamı həzrət Bəqiyyətillah, Hüccət ibn Həsənə (əccəlallahu təala fərəcəh) təsəlli verir və həmçinin bütün möminlərə başsağlığı deyirik. Ümid edirik əziz möminlər Əhli-Beytin (əleyhimussəlam) təlim və tərbiyə məktəbindən kifayət qədər bəhrələnərək Allah-taalanın dərgahında layiqli ibadətlərə nail olsunlar, İnşa Allah!

Həzrət Sadiq əleyhissəlamdan bir hədis:

Həzrət Sadiq əleyhissəlam buyurmuşdur:

لا يَكْمُلُ إيمانُ الْعَبْدِ حَتّى تَكُونَ فيهِ أرْبَعُ خِصال: يَحْسُنُ خُلْقُهُ، وَ سَيْتَخِفُّ نَفْسَهُ، وَ يُمْسِكُ الْفَضْلَ مِنْ قَوْلِهِ، وَ يُخْرِجَ الْفَضْلَ مِنْ مالِهِ.

“İnsanda dörd xislət olmayınca onun imanı kamil olmaz: əxlaqı gözəl olsun, özünü kiçik tutsun, danışığına məhəl qoysun, malının artığını-həqqullah və həqqunnası-ödəsin.”1

1-“Əl-Əmali”, Mərhum Şeyx Səduq, səh. 253

İltimas dua


Etiketlər :

Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günü