Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti

23 November 2024

21:24

۴۵۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-cı il zil-qəədə ayının sonu, miladi tarixi 2021-ci il iyulun 11-i imamət və vilayət səmasının doqquzuncu ulduzu həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti

Hicri-qəməri 1442-cı il zil-qəədə ayının sonu, miladi tarixi 2021-ci il iyulun 11-i imamət və vilayət səmasının doqquzuncu ulduzu həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür. Bu qəmli və qüssəli gün münasibəti ilə ilk növbədə Əhli-Beyt əleyhimussəlama və Ağamız həzrət Vəliyyi-Əsr imam Sahib əz-Zaman əleyhissəlama, sonra bütün dünya müsəlmanlarına və xüsusən xalqımızın mömin və dindar təbəqəsinə təsəlli və başsağlığı deyirik!

Həzrət Cavad əleyhissəlamın gövhərbar kəlamında

 تَوَسَّد الصَّبْرَ، وَ اعْتَنِقِ الْفَقْرَ، وَ ارْفَضِ الشَّهَواتِ، وَ خالِفِ الْهَوی، وَ اعْلَمْ أنَّکَ لَنْ تَخْلُو مِنْ عَیْنِ اللهِ، فَانْظُرْ کَیْفَ تَکُونُ
Həzrət imam Cavad əleyhissəlam buyurur:
Yaşayışda səbirli ol və ona söykən, fəqir və kasıb olmaqdan qorxma, nəfsi istəklərdən uzaq ol və onlarla müxalifət et. Bil ki, heç zaman Allah-taalanın nəzərindən gizli və məxfi qalmayacaqsan, ona görə də hansı halda olmağın barədə diqqətli ol.
Mənbə: Biharul-ənvar, cild-75, səh. 358, hədis-1
Etiketlər :

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti