Zil-həccə ayının ilk on gününün fəzilətləri
25 November 2024
08:59
۷۰۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillahir-Rahmənir-Rahim
Zil-həccə ayının ilk on gününün fəzilətləriHicri-qəməri zil-hiccə ayı bərəkətli, şərafətli və fəzilətli aylardan biridir. Bu ayda İslam tarixinin bir çox böyük bayramları və təntənəli hadisələri ilə zinətlənmişdir. Peyğəmbəri-Əkrəmdən (sallallahu əleyhi və alih) nəql olunur ki, Allah dərgahında heç bir ibadət və xeyir əməl bu ayın ilk ongünlüyü qədər sevimli deyil. Bu ayın ilk on gününün xüsusi əməlləri vardır, aşağıda onların bəzilərinə işarə edirik:
1. Onun doqquz gününü oruc tutmaq bir ömür orucun savabına bərabərdir;
2. Məğrib və işa namazları arasında iki rükət namazqılmağın çoxlu savabı vardır; belə ki, hər rükətdə “Həmd” surəsi oxunduqdan sonra bir dəfə “İxlas” surəsi və aşağıdakı ayəoxunsun:وَ وَاعَدْنَا مُوسَى ثَلاثِينَ لَيْلَةً وَ أَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً وَ قَالَ مُوسَى لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَ أَصْلِحْ وَ لا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِين
Və vaədna Musa səlasinə ləylətən və ətməmnaha bi-əşri fətəmmə miqatu rəbbihi ərbəinə ləyləh, və qalə Musa liəxihi Harunəxlufni fi qəvmi, və əslih və la təttəbi` səbiləl-mufsidin.
Musa ilə otuz günlük vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!”
Bu namazı qılan möminə həccdə olmasa belə, həcc ziyarətinin savabı verilər.
3. Birinci gündən “Ərəfə” gününün əsr çağına kimi,“sübh” namazından sonra və “məğrib” namazından qabaq imam Sadiqdən (əleyhissəlam) nəql olunan bu duanın oxunması tövsiyə olunur:
اللَّهُمَّ هَذِهِ الْأَيَّامُ الَّتِي فَضَّلْتَهَا عَلَى الْأَيَّامِ وَ شَرَّفْتَهَا قَدْ بَلَّغْتَنِيهَا بِمَنِّكَ وَ رَحْمَتِكَ فَأَنْزِلْ عَلَيْنَا مِنْ بَرَكَاتِكَ وَ أَوْسِعْ عَلَيْنَا فِيهَا مِنْ نَعْمَائِكَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَهْدِيَنَا فِيهَا لِسَبِيلِ الْهُدَى وَ الْعَفَافِ وَ الْغِنَى وَ الْعَمَلِ فِيهَا بِمَا تُحِبُّ وَ تَرْضَى
Əllahummə hazihil əyyamulləti fəzzəltəha ələləyyami və şərrəftəha, qəd bəlləğtəniha bimənnikə və rəhmətik, fəənzil ələyna min bərəkatik, və əvsi` ələyna fiha min nə`maik.Əllahummə inni əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd, və ən təhdiyəna fiha lisəbililhuda vələfafi vəlğina, vələməli fiha bima tuhibbu və tərza...
(bu duanın ardını və digər duaları "Məfatihul-cinan" kitabından oxuyun)...